Anar-Namazov-Bariatrik-LOGO

MƏDƏ KİÇİLTMƏ

İnsanlar hər zaman gözəl görünmək üçün əlindən gələni əsirgəmir. Bəziləri artıq çəkidən uzaq olmaq üçün həyatlarını pəhrizlə, az yeməklə davam etdirir. Eləsi də var bütün zamanını idman salonlarında keçirir.

Son zamanlar artıq çəkidən xilas olmaq üçün ən çox yayılan üsul mədə kiçiltmə əməliyyatıdır. Mədə kiçiltmə əməliyyatı hazırda bütün dünyada, Avropada, Türkiyədə çox geniş yayılıb.

Azərbaycanda da son zamanlar geniş yayılan bu əməliyyat üçün mütləq göstəriş lazımdır. Yəni bir il ərzində 2 müxtəlif dietoloqdan xəstə nəticə ala bilmirsə, bədən KÜTLƏ indeksi 35-ın üzərindədirsə və bir çox xəstəliklərin riski artırsa, onda bu əməliyyatı etmək olar. Amma burada bir komanda işi önəmlidir. Burada cərrah, kardioloq, qastroenteroloq, dietoloq və s. hamısı birgə qərar verməlidir

MÜTƏXƏSSİSLƏR

ANAR NAMAZOV

Ph.D., Bariatrik cərrah

Anar Namazov 1 yanvar 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə orta məktəbi bitirmiş, Azərbaycan Tibb Universitetinə daxil olmuş və 1997-ci ildə ali təhsilini tamamlamışdır. 1997-1998-ci illərdə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində elmi işçi, ümumi cərrah vəzifəsində çalışmışdır. 1998-2001-ci illərdə ABŞ-ın Hyuston şəhərindəki Baylor Tibb Kollecində və Turkiyədəki Ankara Nümunə Xəstəxanasında cərrah kimi fəaliyyət göstərərək ixtisasini tamamlamışdır

HABİL QAFAROV

T.e.n., bariarik cərrah

Habil Qafarov 1986-cı ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 2003-cü ildə orta məktəbi bitirərək, Azərbaycan Tibb Universitetinə qəbul olmuş və 2009-cu ildə ali təhsilini tamamlamışdır. 2009-2012-ci illərdə Pavlov adına Ryazan Dövlət Tibb Universitetində cərrahiyyə ixtisası üzrə internatura və ordinatura təhsili almışdır. 2013-2015-ci illərdə Kursk Dövlət Tibb Universitetində aspirantura təhsili alaraq “Gernioplastika zamanı sintetik material seçimi” mövzusunda elmi işini müdafiə edərək, elmlər namizədi elmi dərəcəsini almışdır.

AYSEL MƏMMƏDOVA

tibbi koordinator

ANAR NAMAZOV
bariatrik cərrahiyyə

XƏSTƏLƏRİMİZ

VİDEO

İNSTAGRAM

BLOQ

15193439_1340646052644513_3095430305212809023_n

Azərbaycan Bariatrik Cərrahlar Cəmiyyəti

Azərbaycan Bariatrik Cərrahlar Cəmiyyəti  Azərbaycan Bariatrik Cərrahlar Cəmiyyəti 2013-cü ildə tibb elmləri namizədi Anar Namazovun rəhbərliyi ilə bir qrup həkim-cərrah tərəfindən təsis edilmişdir. Birliyin fəaliyyətinin əsas məqsədi ölkəmizdə bariatrik cərrahiyyənin inkişaf etdirilməsi, bu sahədə yüksək nailiyyətlərin əldə edilməsi məqsədilə xüsusi…

Ətraflı
  • images

    Mədə kiçiltmə əməliyyatı sonrası təkrar kökəlmə mümkündürmü?

    Mədə kiçiltmə əməliyyatı sonrası təkrar kökəlmə mümkündürmü? Mədə kiçiltmə əməliyyatı xəstələrin sürətli və bir çox hallarda qalıcı olaraq artıq çəkilərindən xilas olmağına kömək edir. Buna əlavə olaraq 2-ci tip şəkərli diabet kimi çəki ilə əlaqəli olan xəstəliklərin sürətli şəkildə sağaldığı…

    Bariatrik cərrah

    Bariatrik cərrahı necə seçməli?

    Bariatrik cərrahı necə seçməli? Cərrah seçimi əməliyyatın müvəffəqiyyəti baxımından böyük əhəmiyyət kəsb edir. Pasient özünü ən rahat hiss etdiyi cərrahı seçməlidir. Ilk olaraq yaxşı olar ki, mədəkiçiltmə əməliyyatı edəcək cərrah, bariatrik cərrah olsun . Ən əsası isə bariatrik cərrah seçərkən…

  • Yuxu apnoesi

    Yuxu apnoesi

    Yuxu apnoesi Yuxu sağlam həyat tərzi üçün bədənin ümumi olaraq istirahət etdiyi dövrdür. Bu dövrdə yuxu apnoesi yaşayan şəxslərin aqressiv və əsəbi bir ruh halına bürünməsinin səbəbi yuxu rejiminin  pozulmasıdır. Yuxu apnoesi günümüzdə tez-tez rastlaşılan xəstəliklərdən biridir. Son  məlumatlara əsasən…

    Laparoskopik cərrahiyyə

    Laparoskopik cərrahiyyə

      Laparoskopik cərrahiyyə Laparoskopik cərrahiyyə qarın və döş boşluğu ilə əlaqəli əməliyyatlarda, öyrəşilmiş geniş kəsiklər etmədən, bir neçə ayrı nöqtədən bədənə yerləşdirilən incə metal borular və bir kamera köməyi ilə həyata keçirilən əməliyyatlardır. Əməliyyat kəsikləri çox kiçik olduğundan dəliklərin sağalma…

  • Əməliyyat qorxusundan xilas olun.

    Əməliyyat qorxusundan xilas olun.

    Əməliyyat qorxusundan xilas olun. Qorxu ən güclü, vacib və bizim həyatda qalmağımıza kömək edən hislərdən biri olduğu kimi, həm də rahat yaşayış şərtlərimizə əngəl ola bilər. Ən geniş yayılmış qorxular siyahısında əməliyyatdan qorxu – Tomofobiya yer alır. Fobiyalardan azad olmaq…

    Bariatrik əməliyyatın qiyməti nə qədərdir?

    Mədə kiçiltmə əməliyyatının qiyməti nə qədərdir?

      Mədə kiçiltmə əməliyyatının qiyməti nə qədərdir? Biz bilməliyik ki, çəki normanı keçdikcə, kökəlmə prosesi daha da sürətlənir. Çünki mədə genişlənir və doyma hissi gec yaranır. Artıq çəkinin miqdarından aslı olaraq pəhriz, idman və aktiv həyat tərzi ilə bu çəkilərdən…

  • MƏDƏKİÇİLTMƏ ƏMƏLİYYATI NƏDİR VƏ NECƏ İCRA EDİLİR

    MƏDƏ KİÇİLTMƏ ƏMƏLİYYATI NƏDİR VƏ NECƏ İCRA EDİLİR

    MƏDƏNİN BORUVARİ REZEKSİYASI  (SLEEVE GASTRECTOMY) Mədənin cərrahi yolla kiçildilməsidir. Mədə həcmi azaldılaraq pasientin daha az qida ilə doyması nəzərdə tutulur. Həmçinin mədənin fundus adlandırdığımız dib hissəsi əməliyyat nəticəsində çıxarıldığı üçün fundusda ifraz olunan iştah hormonunun (grelin hormonu) səviyyəsi kəskin azalır,…

    Mədə kiçiltmə əməliyyatı sonrası ürək bulanma

    Mədə kiçiltmə əməliyyatı sonrası ürək bulanma

    Bariatrik əməliyyat sonrası yaşanılan çətinliklərdən biri də mədə bulantısıdır. Mədə kiçiltmə əməliyyatından sonra ürək bulantılarının bir neçə səbəbləri vardır. Bunlardan ən vacibi həcmi kiçik olan mədəni ala biləcəyindən daha çox qida ilə yükləməkdir. Bu səbəblə doyma hiss etdiyiniz an, yemə-içmə sonlandırılmalıdır. Bariatrik…

  • Bariatrik cərrahiyyənin tarixi

    Bariatrik cərrahiyyənin tarixi

    Bariatriya – cərrahiyyənin piylənmənin müalicəsi ilə məşqul olan sahəsidir. Yunanca baros – kilo, artıq çəki , iatria- müalicə deməkdir. Son 50-60 ildə piylənmənin cərrahi müalicəsi üçün mədə həcminin azaldılması, yaxud qəbul edilən qidaların sorulmasını zəiflətmək, bəzən bunların tək, bəzəndə birlikdə…

ƏLAQƏ ÜÇÜN

Azərbaycan Respublikası, Bakı şəhəri,
Əcəmi Naxçıvani küçəsi 13C, MedEra hospital
Telefon: +994502206961, +994702206961
Facebook: www.fb.com/medera.az
Veb: www.bariatrik.az

BİZƏ YAZIN

Bariatrik cərrah Anar Namazov. Mədə kiçiltmə əməliyyatı. Laparoskopik emeliyyat

Search