skip to Main Content
Anar-Namazov-Bariatrik-LOGO

Mədə kiçiltmə sonrası B vitaminin vacibliyi

  • Bloq

                                                    Mədə kiçiltmə sonrası B vitaminin vacibliyi

B vitamini nədir? B vitaminləri hansı qidalarda var? B vitamininin faydaları və çatışmazlığı nədir?

B vitamini süd və süd məhsulları, heyvani qidalarda çoxdur. Eyni zamanda, quru meyvələr və yaşıl yarpaqlı tərəvəzlər də B vitaminləri ilə zəngindir.

Bu vitamin, yağların həzmini asanlaşdırır və ishalın meydana gəlməsinə maneə törədir. B vitamini sinir sistemini tənzim edir və dırnaqların qırılmasına mane olur.

B1, B2, B3, B5, B6, B7, B9, B12 vitaminlərinin hamısı Vitamin B adlanır. B qrup vitaminlər həzm və sinir sistemi üçün çox vacibdir. B vitamini çatışmazlığı, anoreksiya, yorğunluq, bağırsaq narahatlığı, böyümə geriliyi,qəbzlik və s. kimi problemlərə səbəb olur.

B Vitamini yaddaşı gücləndirir. Bədəndəki karbohidratı yandırır və enerjiyə çevirir. Ağız, dil və dəri toxumasının sağlam olmasını təmin edir.

B qrupu vitaminlər, DNT, qırmızı qan hüceyrəsi istehsalı üçün çox əhəmiyyətli vitaminlərdir. Bədən tərəfindən istehsal olunmadığı üçün vitamin preparatlar və ya xarici əlavələr kimi qida ilə alınmalıdır.

Mədəkiçiltmə əməliyyatı sonrası pasientlərə 1 ay ərzində B qrup vitaminlərlə zəngin polivitamin verilir və əmliyyatdan sonrakı dövrdə B qrup vitaminlərlə zəngin qidalarla qidalanmaqları tövsiyyə olunur.

 

 

Back To Top
×Close search
Search