skip to Main Content
Anar-Namazov-Bariatrik-LOGO

Vitamin D . Mədəkiçiltmə əməliyyatı sonrası D vitamini qəbulu

Vitamin D. Mədəkiçiltmə əməliyyatı sonrası D vitamini qəbulu

İnsan orqanizmi üçün ən vacib vitaminlərdən biri D vitaminidir.
D vitamini günəş şüalarının təsirindən orqanizmdə (dəridə) sintez olunur. D vitamini kalsiumun orqanizmdə sorulmasına və sümük toxumasının hüceyrələrinə daxil olmasına kömək edir. Beləliklə, D vitamini sümüklərimizi möhkəm edir. Lakin D vitaminin orqanizmdə rolu yalnız sümüklərin qorunması ilə məhdudlaşdırılmır. Bu vitamin bir çox proseslərdə iştirak edir, D vitamini:
– ürəyin, dərinin, qalxanvari vəzinin, böyrəklərin sağlamlığı üçün olduqca vacibdir.
– qanın normal laxtalanması üçün vacibdir, arterial təzyiqinin tənzimlənməsində iştirak edir.
– immun sisteminin normal fəaliyyəti üçün də çox önəmlidir.
– qadınların və kişilərin cinsiyyət funksiyasına təsir edir. Belə ki, vitamin D  kişilərin əsas cinsi hormonu olan testosteronun sintezini stimullaşdırır.
– sinirlərin və əzələlərin normal fəaliyyəti üçün çox vacibdir.

Mədəkiçiltmə əməliyyatından sonra orqanimzdə D vitamini əksikliyinin şahidi oluruq. Odur ki, əmliyyatdan sonra 1,3,6 ayliq qan təhlillərində D vitaminin yoxlanılması məsləhətdir.

Həmçinin bariatrik əməliyyat olunmuş xəstələrimizə D vitamini ilə zəngin qidalardan (süd və süd məhsulları, balıq, balıq yağı, qara ciyər, yumurta sarısı) istifadə etməyi tövsiyyə edirik.

Back To Top
×Close search
Search