skip to Main Content
Anar-Namazov-Bariatrik-LOGO

GASTRİK BYPASS ƏMƏLİYYATI NƏDİR VƏ NECƏ İCRA EDİLİR

  • Bloq

GASTRİK BYPASS ƏMƏLİYYATI NƏDİR VƏ NECƏ İCRA EDİLİR

Roux-en-Y Gastrik Bypass mədə həcmini kiçildir və qidanın sorulmasını məhdudlaşdıran bir əməliyyatdır. Xəstənin qəbul etdiyi qidanın miqdarını azaldır, eyni zamanda qəbul edilən qidaların bir hissəsinin orqanizmdən sorulmadan atılmasına səbəb olur. Bu əməliyyat nəticəsində pasient, dieta, idman və digər vasitələrlə ata bilmədiyi kilolardan çətinlik çəkmədən və qısa müddətdə xilas ola bilər.

Əməliyyat necə icra edilir?

Roux en Y gastrik by pass əməliyyatı bir neçə addımda icra edilir. İlk olaraq normal həcmi 800-1000 ml olan mədə kiçildilərək 35-50 ml həcmində, kiçik bir mədə saxlanılır. Daha sonra incə bağırsaqlar bölünərək iki yol formalaşdırılır. İncə bağırsağın aşağıya enən hissəsi (Roux ayağı) yuxarı çəkilərək mədəyə bağlanır və bunun nəticəsində saxlanmış kiçik mədədən qidaların incə bağırsağa ötürülməsi tənzimlənir. Bu şəkildə mədənin büyük bir hissəsi və incə bağırsaqların bir hissəsi həzm prosesindən kənarda qalmış olur. Həyati önəmi olan pankreas və öd şirələrini daşıyan digər incə bağırsaq hissəsi (Y ayağı) incə bağırsağın aşağı hissəsinə bağlanaraq bu şirələrin bağırsaqdaki davamlılığı təmin olunur. Əməliyyat nəticəsində incə bağırsaqlar və mədə ‘’Y’’ şəklində görünür.

Gastrik baypas əməliyyatının faydaları

Əməliyyat laparoskopik üsulla icra edildiyindən ağrı açıq əməliyyatlarla müqayisədə çox daha azdır. Əməliyyat sonrası normal hayata dönüş daha tezdir. 1,5 -2 il ərzində , ortalama kilo itirmə artıq çəkinin təxminən 75-80%-i qədərdir. Hipertoniya və II tip şəkərli Diyabetdə 90 %-in üzərində yaxşılaşma görülür.

Uzaq dövr üçün əməliyyatın riskləri

Əməliyyatdan sonrakı dövrdə vitamin və dəmir çatışmamazlığı görülə bilər. Dieta və idman edilmədiyi halda itirilən kiloların 10-30 % i təkrar qayıda bilər.

Back To Top
×Close search
Search