skip to Main Content
Anar-Namazov-Bariatrik-LOGO

Mədə kiçiltmə əməliyyatının qiyməti nə qədərdir?

Mədə kiçiltmə əməliyyatın qiyməti nə qədərdir?

 

Mədə kiçiltmə əməliyyatının qiyməti nə qədərdir?

Biz bilməliyik ki, çəki normanı keçdikcə, kökəlmə prosesi daha da sürətlənir. Çünki mədə genişlənir və doyma hissi gec yaranır. Artıq çəkinin miqdarından aslı olaraq pəhriz, idman və aktiv həyat tərzi ilə bu çəkilərdən azad olmaq olar. Əgər qeyd olunanların yardımı ilə (pəhriz, idman və s.) çəkilərinizdən azad ola bilmirsinizsə, bu zaman 21-ci əsrin geniş yayılmış cərrahiyyə üsulu olan bariatrik (mədə kiçiltmə və b.) əməliyyatı köməyinizə gəlir. Artıq çəki bu günümüzdə “obez (obezite) xəstəliyi” adı ilə məhşurlaşıb. Hal hazırda dünyada “obez xəstəliyi” təəssüf ki, geniş yayılmışdır. İlk sıralarda yer alan ölkələr ABŞ, Çin, Hindistan, Rusiya, Almaniyadır. ABŞda-78 milyon, Çində-46 milyon, Hin-distanda- 30 milyon, Rusiyada- 28 milyon insan piylənmədən əziyyət çəkir.

Əməliyyata qərar vermənin düşündürücü dövründən sonra ağlımızda bir çox suallar yaranır. İlk öncə ağlımıza gələn suallardan biri “Mədə kiçiltmə əməliyyatının qiyməti nə qədərdir?” sualı olur.

İnkişaf etmiş ölkələrdə əməliyyatın xərci həmin ölkə vətəndaşlarının maddi vəziyyətinə və həyat şərtinə uyğun olur. Müqayisə üçün Rusiyada bu əməliyyatın qiyməti 8-12 min manat, Türkiyədə 10-18 min manatdır, Avropa və Amerikada isə çox yüksəkdir. Azərbaycanda əməliyyatın məbləği aşağıdır. Odur ki, bu sahədə digər ölkələrin qabaqcıl klinikaları ilə rəqabət aparan peşəkar cərrahi komandamız tərəfindən öz ölkəmizdə daha uyğun şərtlərdə əməliyyat oluna bilərsiniz. Əməliyyatın konkret məbləğinə gəldikdə isə bu əməliyyat zamanı müdaxilədən asılı olaraq dəyişir.

MƏDƏ KİÇİLTMƏ ƏMƏLİYYATI NƏDİR VƏ NECƏ İCRA EDİLİR

MƏDƏKİÇİLTMƏ ƏMƏLİYYATI NƏDİR VƏ NECƏ İCRA EDİLİR

MƏDƏNİN BORUVARİ REZEKSİYASI  (SLEEVE GASTRECTOMY)

Mədənin cərrahi yolla kiçildilməsidir. Mədə həcmi azaldılaraq pasientin daha az qida ilə doyması nəzərdə tutulur. Həmçinin mədənin fundus adlandırdığımız dib hissəsi əməliyyat nəticəsində çıxarıldığı üçün fundusda ifraz olunan iştah hormonunun (grelin hormonu) səviyyəsi kəskin azalır, bu isə iştahanın azalmasına və tez doyma hissinin yaranmasına səbəb olur.

Kiçilәn mәdәnin, tәbii ki nәticәsi olaraq insanlar әmәliyyat sonrasında kilo itirir vә özlәrinә yeni hәyat tәrzı yaradırıar. Bu dәyişiklik insanların hәm bәdәnsәl hәm dә psixoloji olaraq yaxşı yaşamasına sәbәb olur. Baş ağrısı, yuxu problemlәri, tәzyiq, II tip şəkərli diabet kimi daha öncәdәn yaşanan rahatsızlıq və xəstəliklərin şiddәti azalır vә ya tamamilә aradan qalxır.

Əməliyyat necə icra edilir?

Digər bariatrik əməliyyatlarda olduğu kimi sliv gastrektomiya da laparoskopik dediyimiz qapalı üsulla icra edilir. Əməliyyat təxminən 0,5 santimlik 5,bəzən 6 ədəd kiçik dəliklərdən icra edilir (mədə çıxarılan dəlik təxminən 2 sm-dir). Sliv gastrektomiya əməliyyatında birdəfəlik istifadə olunan xüsusi alətlərlə (stepler) mədə kəsilib tikilir və daha sonra xüsusi sapla kəsik boyu yenidən tikilir. Kəsildikdən sonra mədənin təxminən 75- 80% lik hissəsi çıxarılır. Əməliyyat nəticəsində qalan mədə  banan şəklində bir borunu xatırlatdığı üçün əməliyyat boruvari rezeksiya adlanır.

Əməliyyat sonrası ağrının az olması, tikişlərin kiçik, kosmetik və görünməz olması, həmçinin çox tez normal həyata qayıdış, ən əsası isə artıq çəkinin uğurlu şəkildə itirilməsi əməliyyatı fərqləndirən xüsusiyyətlərdir.

Mədə kiçiltmə əməliyyatı sonrası ürək bulanma

Mədə kiçiltmə əməliyyatı sonrası ürək bulanma

Bariatrik əməliyyat sonrası yaşanılan çətinliklərdən biri də mədə bulantısıdır. Mədə kiçiltmə əməliyyatından sonra ürək bulantılarının bir neçə səbəbləri vardır. Bunlardan ən vacibi həcmi kiçik olan mədəni ala biləcəyindən daha çox qida ilə yükləməkdir. Bu səbəblə doyma hiss etdiyiniz an, yemə-içmə sonlandırılmalıdır.

Bariatrik əməliyyat sonrası mədə bulantısına səbəb ola bilən digər faktor qidaları  yaxşı çeynəmədən udmaqdır. Mədə kiçiltmə əməliyyatı olan və ya olacaq insanlarda həddindən çox yemə və çox çeynəmədən udmaq kimi davranışlar tez-tez rast gəlinən hallardır. Mədə kiçiltmə əməliyyatı sonrası yaxşılaşma müddətinə uyğun olaraq planlaşdırılmış PƏHRİZ PLANI sizlərə dietoloqunuz və ya həkiminiz tərəfindən izah edilməlidir.

Planlaşdırılan bəslənməyə görə yeyilən qidadan həzmsizlik hissi yaşansa mədə bulanması şikayətləri ola bilər. Mədə bulanması yaşandığı vəziyyətlərdə ilk 2 saat qida alışı kəsilməlidir. Rahatlıq hiss etmədiyiniz təqdirdə həmin günü yalnız mayelər ilə qidalanmaq lazımdır (su, şəkərsiz kompot və ya qatqısız alma suyu kimi).

Bariatrik əməliyyat sonrası mədə bulanması özü halsızlıq, yorğunluq, maye itkisi, yuxu halı və qıcqırmaya səbəb ola bilər. Belə bir vəziyyətdə dietoloqunuz və cərrahınız ilə əlaqə yaratmaq ən doğrusu olacaq. Cərrahi komandanın bu mövzuda sizi yaxından təqibi olduqca önəmlidir!

Bariatrik cərrahiyyənin tarixi

Bariatrik cərrahiyyənin tarixi

Bariatriya – cərrahiyyənin piylənmənin müalicəsi ilə məşqul olan sahəsidir. Yunanca baros – kilo, artıq çəki , iatria- müalicə deməkdir.

Son 50-60 ildə piylənmənin cərrahi müalicəsi üçün mədə həcminin azaldılması, yaxud qəbul edilən qidaların sorulmasını zəiflətmək, bəzən bunların tək, bəzəndə birlikdə tətbiqi ilə onlarla əməliyyat növü istifadə edilmişdir. Bariatrik sözü ilk dəfə 1965-ci ildə, piylənmənin səbəb və müalicəsi ilə məşqul olan elm sahəsini təqdim etmək üçün istifadə olunmuşdur. Bariatrik cərrahiyyə 1990-cı illərdən laparoskopiyanın  tətbiqi ilə daha geniş vüsət almışdır.

İlk dəfə 1983-cü ildə Amerikada Amerika Bariatrik Cərrahiyyə Dərnəyi (American Society of Bariatric Surgery – ASBS) qurulmuşdur.

1967-ci ildə Mason Gastrik Bypass əməliyyatını tətbiq etdi. Bu əməliyyat xüsusən Amerika başda olmaq üzərə uzun müddət dünyada ən çox tətbiq olunan əməliyyat növüdür (bariatriyada).

İtalyalı cərrah Nicolas Scopinaro 1976 –ci ildə daha geniş mədə həcmi ama incə bağırsaqda sorulmanın dahada zəifləmisini özündə ehtiva edən Biliopankreatik Şuntlama (BPD) əməliyyatını icra etdi.

Kuzmak 1990-cı ildə ilk dəfə mədə bandını tətbiq etdi.

2001-ci ildə amerikalı cərrah Gagner sleeve gastrektomi-mədənin boruvarı rezeksiyası ilə icra edilən mədə kiçiltmə əmliyyatını tətbiq edərək bu sahədə çox böyük inkişafa səbəb oldu.

Bariatrik cərrahiyyə artıq cərrahiyyənin ayrılmaz və önəmli bir sahəsi olmaqla günü-gündən inkişaf edir.

GASTRİK BYPASS ƏMƏLİYYATI NƏDİR VƏ NECƏ İCRA EDİLİR

GASTRİK BYPASS ƏMƏLİYYATI NƏDİR VƏ NECƏ İCRA EDİLİR

Roux-en-Y Gastrik Bypass mədə həcmini kiçildir və qidanın sorulmasını məhdudlaşdıran bir əməliyyatdır. Xəstənin qəbul etdiyi qidanın miqdarını azaldır, eyni zamanda qəbul edilən qidaların bir hissəsinin orqanizmdən sorulmadan atılmasına səbəb olur. Bu əməliyyat nəticəsində pasient, dieta, idman və digər vasitələrlə ata bilmədiyi kilolardan çətinlik çəkmədən və qısa müddətdə xilas ola bilər.

Əməliyyat necə icra edilir?

Roux en Y gastrik by pass əməliyyatı bir neçə addımda icra edilir. İlk olaraq normal həcmi 800-1000 ml olan mədə kiçildilərək 35-50 ml həcmində, kiçik bir mədə saxlanılır. Daha sonra incə bağırsaqlar bölünərək iki yol formalaşdırılır. İncə bağırsağın aşağıya enən hissəsi (Roux ayağı) yuxarı çəkilərək mədəyə bağlanır və bunun nəticəsində saxlanmış kiçik mədədən qidaların incə bağırsağa ötürülməsi tənzimlənir. Bu şəkildə mədənin büyük bir hissəsi və incə bağırsaqların bir hissəsi həzm prosesindən kənarda qalmış olur. Həyati önəmi olan pankreas və öd şirələrini daşıyan digər incə bağırsaq hissəsi (Y ayağı) incə bağırsağın aşağı hissəsinə bağlanaraq bu şirələrin bağırsaqdaki davamlılığı təmin olunur. Əməliyyat nəticəsində incə bağırsaqlar və mədə ‘’Y’’ şəklində görünür.

Gastrik baypas əməliyyatının faydaları

Əməliyyat laparoskopik üsulla icra edildiyindən ağrı açıq əməliyyatlarla müqayisədə çox daha azdır. Əməliyyat sonrası normal hayata dönüş daha tezdir. 1,5 -2 il ərzində , ortalama kilo itirmə artıq çəkinin təxminən 75-80%-i qədərdir. Hipertoniya və II tip şəkərli Diyabetdə 90 %-in üzərində yaxşılaşma görülür.

Uzaq dövr üçün əməliyyatın riskləri

Əməliyyatdan sonrakı dövrdə vitamin və dəmir çatışmamazlığı görülə bilər. Dieta və idman edilmədiyi halda itirilən kiloların 10-30 % i təkrar qayıda bilər.

Bariatrik əməliyyat sonrası saç tökülməsi

Bariatrik əməliyyat sonrası saç tökülməsi
Bariatrik əməliyyatlardan sonra saç tökülməsi zaman zaman qarşılaşdığımız kosmetik və bərpa olunan bir problemdir.

Artıq çəkilərdən uğurlu bir şəkildə xilas olduqdan sonra sağlıqsız saçlara  sahib olmağı əlbəttə ki heç birimiz istəmərik. Ancaq bariatrik əməliyyatdan sonra baş verən saç tökülməsi tez hiss edilərək qarşısı alınarsa, bu saçların yenidən bərpasınıda təmin edə bilər.

Əməliyyat sonrası çox azda olsa qarşılaşılan bu problemin səbəbləri vitamin yada mineral qəbulunun azlığı, uzun bulantı-qusma müddəti və ən əsası protein qəbulunun çatmamazlığı sayıla bilər.

Əməliyyat sonrası xüsusilə 3-9-cu aylar arasında görülə bilən saç tökülməsi  probleminə, gastrik baypas kimi sorulmanın pozulması ilə müşahidə olunan əməliyyatdan sonra digər əməliyyatlara nisbətən daha çox rast gəlinir.

Cərrahi əməliyyat sonrası aparılan rutin kontrollarda vitamin, mineral ve protein miqdarı diqqətlə təqib edilərək, az olduğu halda tənzimlənərsə saç tökülməsi başlamadan qarşısı alına bilər.

Xüsusilə diqqət edilməsi vacib olan vitamin ve minerallar bunlardır : biotin (B7), dəmir (Fe), B12, sink (Zn) . Yüksək protein tərkibli qidalanma kilo itirməni sürətləndirəcək, eyni zamanda saç tökülməsinin qarşısını alacaqdır.

Unutmayaq ki hər nə qədər yaş, cinsiyyət, tiroid vəzin funksional pozğunluqları, irsiyyət kimi faktorlar təsirli olsa da cərrahi əməliyyat sonrası normadan az qidalanması saç tökülmesinin esas sebebidir. Buna görə də yetərli ve balanslı qidalanmalı və həkiminizin bütün məsləhət və təyinatlarına riayət etmelisiniz.

Odur ki, əməliyyatdan sonrakı dövrdə vaxtaşırı qan təhlillərinin aparılması saç tökülməsi, anemiya, B12 çatmamazlığı kimi yan amillərin qarşısını almağa kömək edir.

BARİATRİK ƏMƏLİYYAT SONRASI PSİXOLOJİ AMİLLƏR

BARİATRİK ƏMƏLİYYAT SONRASI PSİXOLOJİ AMİLLƏR

Mədə kiçiltmə əməliyyatı sonrası estetik qayğılar -Yeni Bədən Formasına və Yeni Həyəta uyğunlaşmaq.

Əməliyyat  sonrası yaşanan bir necə psixoloji dəyişiklik vardır. Ümumən xəstələr əməliyyat sonrası dövrdə arıqladıqca, artıq çəkilərindən xilas olduqca özlərini xoşbəxt hiss edirlər, ancaq müəyyən nüanslar varki bunu qeyd etməliyik. Xüsusi ilə bəzi insanların mədə kiçiltmə əməliyyatı sonrası həyatlarındaki bütün problemlərin aradan qalxacağına inanmasıdır. Lakin mədə kiçiltmə əməliyyatı psixologiyanızı dəyişəcək sehirli bir çubuğa malik deyildir. Hədəfə gedən yolu daha sağlam və ayaqlarınızı yerə basaraq keçirə bilmək üçün əməliyyat sonrası psixoloji dəstək almanız əhəmiyyətlidir. Yaxşı olmanız üçün  sərf etdiyiniz enerji sizi uğura qovuşduracaqdır.

Unutmamalısınız ki, mədə kiçiltmə əməliyyatı insanın daha tez və sağlam  kilo verməsinə köməkçi olacaq çox yaxşı bir başlanğıcdır.

Bariatrik əməliyyat sonrası psixoloji baxımdan özünüzu hazırlamanız cox önəmlidir. İllərlə özlərini  kilolu biri olaraq düşünən insanlar bu əməliyyatdan sonra yaşadıqları dəyişikliyi qəbul etmək üçün zamana ehtiyac duyarlar. Yeni bədənə alışmaq (estetik baxımından aynadaki yansımayı qəbullanmaq) asan deyildir. Daha tez-tez aynaya baxdıqca, kiçik bədən ölçülü geyimlər almağa başladıqca, pasient ,bariatrik əməliyyat sonrası estetik baxımdan bədənində yaranan dəyişiklikliyi dərindən hiss edir və bu onun zehnində də dəyişikliklər yaratmağa başlayacaqdır.

Bariatrik əməliyyatı  sonrası kilonuzdakı dəyişikliyi deyil, davranışınızdakı dəyişikliyi  mükafatlandırın. Vacib olan bu əməliyyatdan sonrakı bəslənmə və davranışı tənzimləməkdir

Bariatrik Cərrahiyyə Nədir?

Bariatrik Cərrahiyyə Nədir?

Bariatrik Cərrahiyyə Nədir?

Piylənmədən əziyyət çəkən xəstələrin kilo vermələrinə kömək olmaq məqsədi ilə qida qəbulunun və ya qəbul ounmuş qidaların sorulmasının  yaxudda hər ikisinin birdən azaldılması məqsədi ilə mədə-bağırsaq sisteminə  cərrahi müdaxilə olunmasına “bariatrik cərrahiyyə” və ya “artıq çəki cərrahiyyəsi” deyilir.

Bugün dünyada piylənmə və ona bağlı xəstəliklər getdikcə artmaqdadır. Ümumdünya Səhiyyə təşkilatının məlumatına görə dünyada 2 milyard insan piylənmədən əziyyət çəkir.

Piylənmənin müalicəsində son illər cərrahi üsullar daha geniş vüsət və effekt almışdır. Bariatrik cərrahiyyə məhz bu əməliyyatları özündə əks etdirir.

Ən genişyayılmış Bariatrik əməliyyatlar bunlardır:

Mədəkiçiltmə-Sleeve Gastrectomy
Gastric-bypass
Mini Gastric-Bypass
Duoedonal-switch

Piylənmənin cərrahi müalicəsində mədənin boruvarı rezeksiyası ilə icra edilən mədə kiçiltmə əməliyyatı (Sleeve Gastrectomy) daha çox icra olunur.

Bariatrik cərrahi əməliyyatlar laparoskopik təcrübə tələb edən vacib əməliyyatlardır. Əməliyyatdan sonrakı dövrdə xəstənin təqibi, nəzarəti və qidalanması çox önəmlidir. Həmçinin bu əməliyyatlardan sonra idmanla məşğul olmaq və həyat tərzini dəyişərək, yeni bir həyata başlamaq üçün qazanılmış şansı dəyərləndirmək məsləhət görülür.

Qısacası piylənmə – artıq cərrahi olaraq müalicə edilə bilən bir xəstəlikdir.

Artıq çəkinin fəsadları

Artıq çəkinin fəsadları

Piylənmədən əziyyət çəkən insanlarda psixoloji problemlər ilə yanaşı, artıq çəkiyə bağlı bir və ya bir neçə aşağıdakı xəstəliklər ola bilər:

– hipertoniya
– insult
– ürək çatışmazlığı
– stenokardiya
-diabet
-qaraciyərin sirrozu
-oynaqların osteoxondrozu
-ayaqlarda venaların varikoz genişlənməsi
-öd kisəsi xəstəliyi
-yuxu apnoesi
-qadınlarda sidik qaçırma
-beyin ödemi
-qadınlarda uşaqlıq xərçəngi, döş xərçəngi və yumurtalıq xərçəngi, kişilərdə prostat xərçəngi, yoğun bağırsaq xərçəngləri
-aydın olmuyan səbəblərdən qəfləti ölüm riskinin yüksək olması

Normal bədən kütləsindən 25% daha artıq çəkiyə malik olan 15-69 yaş arası insanlarda, ölüm riski normal çəkili insanlara nisbətən 30% daha çoxdur. Xərçəngdən ölüm riski 15%, insultdan 60%, diabetdən isə 140% -ə qədər yükslir.

Amerika Milli Səhiyyə İnstitutunda piylənməyə həsr olunmuş konfransda bu nəticəyə gəlinmişdir ki, morbid piylənmə – çox ciddi və insan orqanizmi üçün təhlükəli sayılan bir xəstəlikdir və mütəq müalicə lazımdır.

Mədəkiçiltmə əməliyyatı keçirmiş insanlar artıq çəkilərini itirdikcə, piylənməyə bağlı olan yanaşı xəstəliklərdə zamanla itir. Bu insanlar daha aktiv və dinamik olurlar, gecələri rahat yatırlar, ağrısız yeriyirlər, psixoloji durumları daha yaxşı olur. Onlar cəmiyyətdə özlərini rahat və sərbəst hiss edirlər.

Normadan artıq yemək yedikdə nə baş verir?

4175_cok-yemek-yemenin-nedenleri-300x258 (1)

Normadan artıq yemək – bu hər kəsin başına gələ bilər. Elə isə, gəlin, orqanizmin qısa bir vaxtda, çox ağır kilokalori yüklənməsini necə və hansı zaman ardıcıllığı ilə keçirdiyinə birlikdə nəzər yetirək.

İlk anda

Nə zaman ki sən, çox dadlı bir qidanı yeməyə başlayırsan, bu dadlı yeməkdən karbohidratlar elə ağızdaca dağılır və ağız suyunda olan fermentlər vasitəsilə sorulmağa başlayır. Dərhal dildə olan dad reseptorları beyini  tvit yağışına tuturlar: “Daha çox, xahiş edirik, biraz daha!”. Xüsusən artıq çəkili insanlar bu anda dayana bilmir və daha çox qida qəbul edirlər.

10 dəqiqə ərzində

Mədə həyəcan içərisində daxil olan qidaları nazik bağırsağa göndərmək üçün hissələrə ayırmağa çalışır, hansı ki məhz burada qidada olan  zülal və yağlar qana keçir.

15 dəqiqə ərzində

Mədə və nazik bağırsaq artıq həddən çox yüklənmişdir və köməyə çağırdığı peptid YY hormonu vasitəsilə beyinə narazılıq siqnalları ötürür və bu özbaşınalığın qarşısını almağı xahiş edir. Ancaq bu vaxt ərzində sən boşqabında olan yeməyi daxilə göndərib və üstəlik birdə “dobavka” etdinsə, buna artıq beynin boz maddəsi heç nə ilə kömək edə bilməz, artıq gecdi.

1 Saat ərzində

Tamamilə “zəruri” olan bu “desert”dən sonra insulin qalxır ən yüksək həddə, ki, heç olmasa cəhd etsin ki sənin qanında olan şəkərin miqdarını aşağı salsın.

Şirin yox, duzlu qida yemisən? O zaman, 30 dəqiqə sonra qan damarların biraz gərginləşəcək. Daim duzlu qidalar istifadə etdikdə, damarlar dar və kövrək olur, bu isə təzyiqi qaldırır və ürək-damar xəstəliyi riskini artırır.

60 dəqiqə sonra

Yuxun  gəlir? Bu sənin yüklənmiş mədəndir, orqanizmin digər hissələrinə deyir: “Dayanın! Mən bunları həzm etməliyəm ” və bütün enerjini özünə götürür.

Bunla bərabər şişmiş, ağırlaşmış mədə, qonşu orqanlara basqı etməyə başlayır, bunu bəzən sənə başgicəllənmə, ürəkbulanma və ağrı hissi verərək edir.

Ikinci saat ərzində

Qaraciyər var gücü ilə yeməkdən ayrılan qida maddələrini bütün orqanlara daşımağa çalışır. Əgər sən müntəzəm olaraq idmanla məşğul olursansa , o zaman orqanizmdə yaranan bu artıq kilokalorinin qlikogenə (əzələlər üçün yanacağa) çevrilmək şansı var.

Əgər idmanla dostluq etmirsənsə və bu şəkildə orqanizmin vərdiş etdiyi normadan 2-3 dəfə artıq kalori qəbul etdiyində, bütün artıq enerji yağ depozitləri şəklində bədənin müxtəlif  hissələrinə yığılır. Bu “Gözəllik” artıq səninlədi.

İki saat sonra,

Sonuncu qida qalıntılarından azad olan mədə “Nəhayət” – deyir və dərindən nəfəs alır, gərginləşmiş qan damarları isə rahatlayırlar .

Hansı nəticəyə gəlirik? Mədəkiçiltmə əməliyyatı necə kömək edir?

Nəticə olaraq, normadan artıq qida qəbul edən insanlar daha artıq çəkiyə və daha diskomfort həyata sahib olurlar. Mədəkiçiltmə əməliyyatı sizi artıq çəkilərinizdən azad etməklə yanaşı, əməliyyatdan sonrakı həyatınızda məhz yuxarıda danışdığımız artıq qida qəbulundanda xilas edir. Belə ki, artıq qida qəbuluna səbəb olan “İştah hormonu”nun 80 faizi məhz mədənin əməliyyat zamanı kəsilən hissəsində ifraz olunur. Nəticədə, siz, mədəkiçiltmə əməliyyatı sayəsində daha kiçik mədəyə və daha az iştaha malik olursunuz. Bu isə, əlbəttə ki, əsl Gözəllik üçün yeni bir başlanğıc deməkdir.

Odur ki,artıq çəkidən əziyyət çəkirsinizsə, cəsarətinizi topluyun və bizə müraciət edin.

 

Back To Top
×Close search
Search