Bariatrik cərrahiyyənin tarixi
Bariatriya – cərrahiyyənin piylənmənin müalicəsi ilə məşqul olan sahəsidir. Yunanca baros – kilo, artıq çəki , iatria- müalicə deməkdir.
Son 50-60 ildə piylənmənin cərrahi müalicəsi üçün mədə həcminin azaldılması, yaxud qəbul edilən qidaların sorulmasını zəiflətmək, bəzən bunların tək, bəzəndə birlikdə tətbiqi ilə onlarla əməliyyat növü istifadə edilmişdir. Bariatrik sözü ilk dəfə 1965-ci ildə, piylənmənin səbəb və müalicəsi ilə məşqul olan elm sahəsini təqdim etmək üçün istifadə olunmuşdur. Bariatrik cərrahiyyə 1990-cı illərdən laparoskopiyanın tətbiqi ilə daha geniş vüsət almışdır.
İlk dəfə 1983-cü ildə Amerikada Amerika Bariatrik Cərrahiyyə Dərnəyi (American Society of Bariatric Surgery – ASBS) qurulmuşdur.
1967-ci ildə Mason Gastrik Bypass əməliyyatını tətbiq etdi. Bu əməliyyat xüsusən Amerika başda olmaq üzərə uzun müddət dünyada ən çox tətbiq olunan əməliyyat növüdür (bariatriyada).
İtalyalı cərrah Nicolas Scopinaro 1976 –ci ildə daha geniş mədə həcmi ama incə bağırsaqda sorulmanın dahada zəifləmisini özündə ehtiva edən Biliopankreatik Şuntlama (BPD) əməliyyatını icra etdi.
Kuzmak 1990-cı ildə ilk dəfə mədə bandını tətbiq etdi.
2001-ci ildə amerikalı cərrah Gagner sleeve gastrektomi-mədənin boruvarı rezeksiyası ilə icra edilən mədə kiçiltmə əmliyyatını tətbiq edərək bu sahədə çox böyük inkişafa səbəb oldu.
Bariatrik cərrahiyyə artıq cərrahiyyənin ayrılmaz və önəmli bir sahəsi olmaqla günü-gündən inkişaf edir.