skip to Main Content
Anar-Namazov-Bariatrik-LOGO

Mədə kiçiltmə əməliyyatı sonrası ağız qoxusu

Mədə kiçiltmə əməliyyatı sonrası ağız qoxusu bir çox xəstələri narahat edir. Xüsusilə ilk 3 ayda bu şikayətlə xəstələrimiz daha çox müraciət edir. Bu şikayətlə əlaqədar ən sevindirici hal olaraq bildirək ki, ağız qoxusu müvvəqətidir, yəni zamanla keçib gedir.

 

 

 

 

 

Mədə kiçiltmə əməliyyatı sonrası ağız qoxusu olmasının bir neçə səbəbi var. Böyük bir həcmə sahib olan mədə həcminin 80% kiçildilərək kiçik boru şəklini aldğından, xüsusilə əməliyyatın ilk günlərində mədə içi toxuma ödemli olur , buna görədə ağızdan alınan mayelər və tüpürcək əvvəlki kimi rahat bağırsaqlara keçə bilmir.  Mədəkiçiltmə əməliyyatı sonrasında bu ödem və şişkinlik tədricən azalır və mayelərin keçməsi rahat olur. Başlanğıcda buna bağlı ağız qoxusu tədricən azalır.

Mədəkiçiltmə əməliyyatı sonrası yaranan ağız qoxusu üçün, dişlərin müntəzəm fırçalanması, mədə qoruyucu dərmanın hər səhər qəbulu, soda ilə gündə 2 dəfə qarqara edilməsi(1 stəkan suya 2 çay qaşığı soda əlavə edərək), axşam yatarkən Gaviscon içilməsi faydalıdır.  Mədəkiçiltmə əməliyyatı sonrası dişlərlə yanaşı dilin də təmizlənməsi qoxuyu minimuma endirəcəkdir.

Omega Bypass

Omega Bypass – ABŞ-da bir vaxtlar tez-tez tətbiq edilən Mini Qastrik Bypass üsulu ilə çox oxşardır.

Mini Qastrik Bypass əməliyyatının əsas mahiyyəti mədə həcmini kiçiltmək və bağırsaq yoluyla qida əmilməsinin bir miqdar azaldılmasıdır. Nəticədə xəstənin kilo itirməsinə nail olunur. Əməliyyat laparoskopik dediyimiz qapalı üsulla 0,5-1 santimlik 5 kiçik dəlikdən icra edilir. Bu dəliklərdən xüsusi alətlər qarın boşluğuna daxil edilərək mədə girişində yeni bir kiçik boruşəkilli mədə formalaşdırılır. İkinci etapda isə nazik bağırsaq Treys bağından 120-180 mm distala doğru kəsilərək (bağırsağın bu hissəsi həzm prosesində passiv qalır) mədə ilə birləşdirilir (anastamoz).

Omega Bypass-Əməliyyat laparoskopik dediyimiz qapalı üsulla 0,5-1 santimlik 5 kiçik dəlikdən icra edilir. Bu dəliklərdən xüsusi alətlər qarın boşluğuna daxil edilərək mədə girişində yeni bir kiçik boruşəkilli mədə formalaşdırılır. 2-ci etapda nazik bağırsaq Treys bağından 120-180 mm distala doğru kəsilərək (bağırsağın bu hissəsi həzm prosesində passiv qalır) mədə ilə birləşdirilir-məsinin (anastamoz) əvəzinə ümumi bağırsaq uzunluğuna əsasən Bypass ediləcək bağırsaq uzunluğunun müəyyən edilmə-sidir. İllərdir əldə etdiyimiz təc-rübələr əsasında hər kəsə eyni əməliyyat əvəzinə pasientin fərdi xüsusiyyətlərini nəzərə alaraq təklif edilə biləcək bir Bypass üsulu olaraq təsvir edə bilərik.

Back To Top
×Close search
Search