Anar-Namazov-Bariatrik-LOGO

Əməliyyat sonrası dövr

Xәstәxanadan çıxdıqda sonra

Bariatrik əmәliyyat olduğunuz gün dә daxil olmaqla 3 gecә xәstәxanada qaldıqdan sonra evә yazıldığınız gün tәxminәn saat 12:00-da xәstәxananı tәrk edә bilәrsiniz. Buna qәdәr isә әmәliyyat olduğunuz gün tbb bacısının müşayәti ilә yeriyәcәksiniz.
Xәstәxanada qaldığınız 2-ci gündә yeni heyatınızda necә bәslәnmәli olduğunuz haqqında sizә әtraflı mәlumat verilәcәk vә Bariatriya əmәliyyat sonrası evә yazıldıqdan sonra günbәgün necә qidalanacağınız haqqında bütün mәlumatları özündә әks etdirәn pәhriz planı sizә tәqdim edilәcәk.
Xәstәxanadan ayrılmadan әvvәl sәhәr cәrrahi komandamız sizi palatanızda ziyarәt edәcәk vә evdә başlayacağınız yeni hәyatınız üçün lazımi mәslәhәtlәri verәcәkdir. Cәrrahi heyәtin ziyarәti sonrasında xәstәxanadan ayrılıb, günluk hәyatınıza qayıda bilәrsiniz.

Pәhriz planınızı burdanda götürә bilәrsiniz:

ARTIQ ÇӘKİ CӘRRAHİYӘSİ PӘHRİZ PLANI

Әmәliyyat sonrasında әn çox verilәn suallar

Әmәliyyat sonrası psixoloji cәhәtdәn nәlәr dәyişir ?
Mәdәkiçiltmә әmәliyyatı, aclıq hissinin azalmasında vә yemәk yemә miqdarının azalmasında ciddi rol oynayır; yemәk miqdarı vә yemә sürәtinә yönәlik alışqanlıqları tamamiylә dәyişdirir. Kiçilәn mәdәnin, tәbii ki nәticәsi olaraq insanlar әmәliyyat sonrasında kilo itirir vә özlәrinә yeni hәyat tәrzı yaradırıar. Bu dәyişiklik insanların hәm bәdәnsәl hәm dә psixoloji olaraq yaxşı yaşamasına sәbәb olur. Baş ağrısı, yuxu problemlәri, tәzyiq kimi daha öncәdәn yaşanan rahatsızlıqların şiddәti azalır vә ya tamamilә aradan qalxar.
Psixoloji cәhәtdәn bir çox müsbәt dәyişiklikәr adәtәn әmәliyyatdan sonrakı altı ay ilә bir il sonunda qalıcı olaraq görsәnir: Yaşama istәyi artar , hәyatdan daha çox lәzzәt alınır, münasibәt qurmaq daha asan olur, şәxsin özünә inamı ve bәdәn mәmnuniyyәtindә müsbәt dәyişikliklәr olur. Ümumәn hәyat sәviyyәsi artır.

Әmәliyyat sonrası nә vaxt duş ala bilәrәm ?
Klinkada olduğunuz 3-cü gündә duş ala bilәrsiniz.

Әmәliyyat sonrası işimә nә vaxt dönә bilәrәm ?
İşinizә tez qayıtmaq, böyük qarın kәsiyinin olmaması kimi üstünlüklәr bütün laparoskopik әmәliyyatlarda olduğu kimi laparoskopik bariatrik cerrahiyәdә dә var. Artıq fiziki aktivlik tәlәb etmiyәn işlәrә 7-ci gündәn başlaya bilәrsiniz. Günlük çalışma saatlarınızı ilk günlәrdә mәhdud tuta bilәrsiniz. Halsızlıq ve tez yorulma hiss etsәniz bu mayeni az qәbul etmәyinizdәn olabilir. Kalori qәbulunuz azaldığı için tәbii olaraq susama hissiniz azalacaqdır, buna baxmayaraq yanınızda su olsun ve kiçik qurtumlar halında gün boyunca için.
Ağır fiziki iş tәlәb edәn işlәrdә çalışanlar üçün isә 46 hәftә sonra işә çıxmaq daha uyğun olacaqdır. Yenәdә ilk 1 ay 10 kg-dan artıq ağırlıqlar qaldırılmamalıdır.
Sәyahatә gәlincә, bu baxımdan heç bir mәhdudiyyәt yoxdur.

Әmәliyyatdan sonra neçә kilo çәki itirә bilәrәm?
İdeal çәkinizin üzәrindә olan kilolarınız artıq çәki adlandirilir. Mәdә kiçiltmә әmәliyyatı sonrası tәxmini kilo sәrfi artıq kilolariniz üzәrindәn hesablanır. Әmәliyyat sonrası 12-18 aylıq dövrdә artıq kilolarınızın 80%-ni itirәcәyiniz gözlәnilir.
Mәsәlәn; 80 kg olması lazım olan biri 150 kg isә, 1 il sonunda artıq olan 70 kilosunun 45-50 kgnı itirmәsi cәrrahi әmәliyyatdan sonra gözlәnilәndir. Әlbәttә ki, bu, çox yüksәk bir göstәricidir.
Heç şübhәsiz ki, әmәliyyatdan sonrakı dövrdә hәyat tәrzini dәyişdirib, daha hәrәkәtli olanlarda,yürüyüş, idman edәnlәrdә nәticә daha tez vә gözәl alınacaq.

Әmәliyyat sonrası daimi olaraq qәbul edәcәyim dәrmanlar olacaq mı?
Әlbәttә ki, yox. Ancaq, әmәliyyatdan sonra 2 ay әrzindә mәdә qoruyucu ve 5 gün qan durulaşdırıcı dәrman qәbul edәcәksiniz. Hәmçinin әmәliyyat sonrası sizә verilәn tәqvim әsasında qan analizlәriniz kontrol edilir. Vitamin vә mineral әksikliyi müәyyәn edilәrsә әlavә vitamin qәbul etmәyiniz mәslәhәt görülür.

Әmәliyyatdan sonra ilk 20 gün başqa sәbәblә qәbul etdiyiniz dәrmanlar olarsa hәkiminizә bildirin.

Bariatrik əməliyyat sonrası dövr. Atıq çəki cərrahiyəsi pəhriz planı

Search