Anar-Namazov-Bariatrik-LOGO

Mini Gastrik Bypass əməliyyatı nədir və necə icra edilir?

  • Bloq

Bariatrik əməliyyatlar arasında ən çox istifadə edilən əməliyyatlardan biridə  Mini Qastrik Bypass əməliyyatıdır. Əməliyyat bəsit və qısa olması, eyni zamanda xəstənin klinikadan çox qısa vaxt ərzində  evə yazılması və artıq çəkidən azad olma yolunda effektliyi baxımından digər əməliyyatlardan seçilir.

Əməliyyatın uğurlu şəkildə yerinə yetirilməsindən sonra xəstə davamlı və lazımi miqdarda çəki itirməyə müvəffəq olur. Eyni zamanda artıq çəkinin səbəb olduğu 2-ci tip şəkərli diabet, hipertoniya, yüksək xolesterol və digər xəstəliklərdən azad olur.

Mini Qastrik Bypass əməliyyatının əsas mahiyyəti mədə həcmini kiçiltmək və bağırsaq yoluyla qida əmilməsinin bir miqdar azaldılmasıdır. Nəticədə xəstənin kilo itirməsinə nail olunur. Əməliyyat laparoskopik dediyimiz qapalı üsulla 0,5-1 santimlik 5 kiçik dəlikdən icra edilir. Bu dəliklərdən xüsusi alətlər qarın boşluğuna daxil edilərək mədə girişində yeni bir kiçik boruşəkilli mədə formalaşdırılır. İkinci etapda isə nazik bağırsaq Treys bağından 120-180 mm distala doğru kəsilərək (bağırsağın bu hissəsi həzm prosesində passiv qalır) mədə ilə birləşdirilir(anastamoz).

Əməliyyatdan sonra çəki itirmə 1-1,5 il davam edir. Əmliyyat  nəticəsində orqanizmə lazım olan bəzi qidaların sorulmasında çətinlik yarandığ üçün  B12, D vitamini, Dəmir(Fe) və kalsium (Ca)  defsiti yarana bilər. Bu səbəbdən xəstələrə əməliyyatdan sonra vitamin  dəstəyi verilir.

Search