Anar-Namazov-Bariatrik-LOGO

Mədəkiçiltmə əməliyyatı sonrası plastik əməliyyat

  • Bloq

Mədəkiçiltmə əməliyyatı sonrası plastik əməliyyat

Mədəkiçiltmə əməliyyatından sonra estetik əməliyyat çəki itirmə dövrünü tamamlamış, arıqlama dövründə qidalanma və idman şərtlərini yerinə yetirməyi özünə həyat tərzi etmiş və ümumi sağlamlıq vəziyyəti bu əməliyyatlara uyğun olan pasientlərə məsləhət görülür. Əməliyyatlar ümumi anesteziya ilə yerinə yetirilir. Kəsilən hissənin həcmi pasientin sallanmış dəri miqdarına uyğun olaraq əməliyyat öncəsi cərrah və pasient arasında danışılır.
Plastik cərrahiyyə tələb edən pasientlərə edilə biləcək başlıca əməliyyat növləri aşağıdakılardır:
• Qarın, kürək və qasıq bölgələrinin gərilməsi,
• Sinə kiçiltmə,
• Qol gərilməsi ,
• Ayağın bud hissəsinin gərilməsi.
Bu əməliyyatlar ilə sağlam və ölçülü bir bədən formasına malik olmaq əsas məqsəd hesab olunur. Kəsiklər estetik tikişlər ilə edildiyi üçün tez sağalır və izlər qalmır.
Əgər xəstənin çəkisi artıb-azalırsa estetik əməliyyat məsləhət görülmür. Estetik əməliyyatdan əvvəl xəstənin ideal kilosunu sabitlənməsi vacibdir.
Obezitə cərrahiyyəsi sonrası əsas məqsəd xəstənin tam sağalması və normal çəkisinə qovuşmasıdır. Əgər qarşıya qoyulan məqsədlərə nail olundusa, estetik əməliyyat barəsində düşünə bilərsiniz.

Search