Anar-Namazov-Bariatrik-LOGO

Mədə kiçiltmə əməliyyatı sonrası idman

  • Bloq

Mədə kiçiltmə əməliyyatı sonrası idman

            Mədə kiçiltmə əməliyyatından sonra çəki itkisi bəzən bədənin formada görünməsi üçün kifayət etməyə bilər (mede kiciltme). Bu baxımdan, pəhrizinizə diqqət yetirilməli və yüngül idman hərəkətləri etməlisiniz. Bu təlimlərin necə və nə zaman etməniz barədə doktorunuzdan məsləhət almanız vacibdir.

Yüngül tempdə, gündə 25-30 dəqiqəlik bir məşq proqramı kifayətdir. Əgər vaxt və məşq miqyasını birdən artırsanız bu sizə sıxıcı gələ bilər. Bunun üçün sizə xüsusilə sevdiyiniz və zövq aldığınız idman növü ilə məşğul olmanızı tövsiyyə edirik. (mede kiciltme) Soyuq havalarda idman zallarında, xoş havalarda isə açıq havada idman etməniz sizə daha gözəl təsir bağışlayar.Mümkün qədər açıq havada gəzinti etməyə çalışın. Ancaq bu bir tələb deyil, evinizdə də istədiyiniz kimi müxtəlif sərbəst hərəkətlər edə bilərsiniz.

İlk növbədə edə biləcəyiniz ən yaxşı məşq yüngül templi bir gəzintidir. Həkiminizin tövsiyyə etdiyi müddət ərzində və xəfif templə bir gəzinti sizə daha faydalı olacaqdır. (mede kiciltme)
Sağalma müddətiniz başa çatmadan öncə ağırlıq qaldırma kimi güc tələb olunan idman növlərindən uzaq durmalısınız.
Edilə biləcək idman növlərinin başında əsasən gəzinti gəlir.Gəzinti əsas bir məşqdir və bədənə təsirləri çoxdur. Əməliyyatdan sonra məşq seçərkən ağla gələn ilk fəaliyyətdir, çünki bu kalori yandırmaq üçün ən asan idman növü hesab olunur . Eyni zamanda, ürəyin, damarların və qan təzyiqi xəstəliklərinin qarşısının alınmasında böyük faydası var, həmçinin açıq havada gəzinti xoşbəxtlik hormonunu artırır.

Search