skip to Main Content
Anar-Namazov-Bariatrik-LOGO

Mədə kiçiltmə əməliyyatı sonrası ağız qoxusu

  • Bloq

Mədə kiçiltmə əməliyyatı sonrası ağız qoxusu bir çox xəstələri narahat edir. Xüsusilə ilk 3 ayda bu şikayətlə xəstələrimiz daha çox müraciət edir. Bu şikayətlə əlaqədar ən sevindirici hal olaraq bildirək ki, ağız qoxusu müvvəqətidir, yəni zamanla keçib gedir.

 

 

 

 

 

Mədə kiçiltmə əməliyyatı sonrası ağız qoxusu olmasının bir neçə səbəbi var. Böyük bir həcmə sahib olan mədə həcminin 80% kiçildilərək kiçik boru şəklini aldğından, xüsusilə əməliyyatın ilk günlərində mədə içi toxuma ödemli olur , buna görədə ağızdan alınan mayelər və tüpürcək əvvəlki kimi rahat bağırsaqlara keçə bilmir.  Mədəkiçiltmə əməliyyatı sonrasında bu ödem və şişkinlik tədricən azalır və mayelərin keçməsi rahat olur. Başlanğıcda buna bağlı ağız qoxusu tədricən azalır.

Mədəkiçiltmə əməliyyatı sonrası yaranan ağız qoxusu üçün, dişlərin müntəzəm fırçalanması, mədə qoruyucu dərmanın hər səhər qəbulu, soda ilə gündə 2 dəfə qarqara edilməsi(1 stəkan suya 2 çay qaşığı soda əlavə edərək), axşam yatarkən Gaviscon içilməsi faydalıdır.  Mədəkiçiltmə əməliyyatı sonrası dişlərlə yanaşı dilin də təmizlənməsi qoxuyu minimuma endirəcəkdir.

Back To Top
×Close search
Search