Anar-Namazov-Bariatrik-LOGO

Dünyada piylənmədən əziyyət çəkən insanların sayı artmaqdadır

Dünyada piylənmədən əziyyət çəkən insanların sayı artmaqdadır

Reuters-in məlumatına görə dünyada 640 milyondan çox insan piylənmədən əziyyət çəkir. Bundan əlavə, artıq çəkili insanların sayı çəki azlığından əziyyət çəkən insanların sayından daha çoxdur.

The Lancet jurnalında nəşr olunmuş araşdırmanın nəticələrinə görə, son 40 ildə bədən kütlə indeksi (BKİ) 30 olan insanların sayı 105 milyondan 641 milyona çatmışdır (BKİ göstəricisi 25-dən yuxarıdırsa bu artıq çəkini göstərir, BKİ 30-dan yuxarıdırsa bu piylənmənin göstəricisi, 40-dan yuxarı olarsa bu artıq patoloji piylənmə sayılır). Hal hazırda dünyada hər 10 kişidən və hər 7 qadından biri piylənmədən əziyyət çəkir. Alimlərin fikrincə, problem o qədər ciddi və nəzərəçarpandır ki, yalnız dieta ilə, dərman maddələrinin köməyi ilə və ya küçələrdə yeni velosiped zolaqları yaratmaqla onu həll etmək mümkün deyil. Bu baxımdan çox gözəl nəticələr verən mədəkiçiltmə əməiyyatları xüsusi əhəmiyyət daşıyır.

Ən yüksək bədən kütlə indeksi (BKİ) Çin, ABŞ və Avropada müşahidə olunur. Ən aşağı BKİ (yüksək gəlirli ölkələr arasında)  – Yaponiyadadır.

Tədqiqatçıların sözlərinə görə, hər on ildə dünya əhalisinin ortalama çəkisi 1,5 kq artır. Əgər bu tendensiya davam edərsə , 2025-ci ilədək kişilərin təxminən 18%-i və qadınların isə 21%-i piylənmədən əziyyət çəkəcək.

Zəngin mətbəxə sahib olan ölkəmizdidə vəziyyət heçdə ürəkaçan deyil.Son məlumatlara görə Azərbaycanda qadınların 25 %-i, kişilərin isə 18%-i piylənmədən əziyyət çəkir.

Bütün bunları nəzərə alaraq alimlər, müasir tibbin ən ciddi yeniliklərindən olan mədəkiçiltmə (Sleeve Gastrectomy) əməliyyatlarının bu sahədə ciddi dönüş yaradacağını düşnürlər. Bu baxımdan son 3 ildə etdiyimiz yüzlərlə mədəkiçiltmə (Sleeve Gastrectomy) əməliyyatları və əldə etdiyimiz uğurlu və gözəl nəticələr cəmiyyətimizdə artıq çəkili insanlar arasında böyük maraq yaradıb. Əldə etdiyimiz nəticələr eyni zamanda həmin insanlarda yeni, dinamik,daha komfort heyata qovuşmaları üçün böyük ümidə səbəb olub.

İnsanların ümidlərini, bizə olan inamlarını doğrultmaq və hərgün edilən onlarla müraciətin məsuliyyətini hiss edərək, insanlarımıza kömək etmək üçün bundan sonrada gördüyümüz işdən zövq alaraq çalışmağa davam edəcəyik.

Search