skip to Main Content
Anar-Namazov-Bariatrik-LOGO

Mədə kiçiltmə əməliyyatı sonrası hamiləlik

Mədə kiçiltmə əməliyyatı sonrası hamiləlik

Hamiləlik metobalizmanın sürətləndiyi bir prosesdir. Bu müddət ərzində orqanizmə qəbul edilən vitamin və minerallar, hormonlar tərəfindən hamiləliklə birlikdə inkişaf edən hüceyrələrə və onların inkişafına təsir məqsədilə embriona (körpəyə) istiqamətləndirilir.(mede kiciltme)

2014-2015 illərində aparılan müxtəlif təcrübələrdə hamiləlik üçün  tövsiyyə edilən vaxt, mədə kiçiltmə əməliyyatından ən az 1 il sonradır. Bu müddət, ananın yeni bədəninə öyrəşməsi,orqanizmə ehtiyac duyulan qidanın qəbulu, ananıın və embrionun piylənmə və piylənmənin əmələ gətirdiyi bəzi problemlərdən azad olması üçün nəzərdə tutulur.(mede)

Mədə kiçiltmə əməliyyatı olmuş anaların uşaqları obez anaların uşaqları ilə müqayisədə normal çəkidə və yüksəs təyziqsiz dünyaya gəlir. Əməliyyatdan sonra hamiləlik olarsa, bu prosesin tibbi komanda tərəfindən təqib edilməsi vacibdir. Bu tibbi komandanın tərkibində- cərrah, dietoloq, ginekoloq, endokrinoloq, kardioloq olmalıdır.(mede kiciltme)

Mede kiciltme emeliyyatinin qiymeti

 

 

Mede kiciltme emeliyyatinin qiymeti.

Biz bilməliyik ki, çəki normanı keçdikcə, kökəlmə prosesi daha dasürətlənir. Çünki mədə genişlənir və doyma hissi gec yaranır. Artıq çəkinin miqdarından aslı olaraqpəhriz, idman və aktiv həyat tərzi ilə bu çəkilərdən azad olmaq olar. Əgər qeyd olunanların yardımı ilə (pəhriz, idman və s.) çəkilərinizdən azad ola bilmirsinizsə, bu zaman 21-ci əsrin geniş yayılmış cərrahiyyə üsulu olan bariatrik (mədə kiçiltmə və b.) əməliyyatı köməyinizə gəlir. Artıq çəki bu günümüzdə “obez (obezite) xəstəliyi” adı ilə məhşurlaşıb. Hal hazırda dünyada “obez xəstəliyi” təəssüf ki, geniş yayılmışdır. İlk sıralarda yer alan ölkələr ABŞ, Çin, Hindistan, Rusiya, Almaniyadır. ABŞda-78 milyon, Çində-46 milyon, Hin-distanda- 30 milyon, Rusiyada- 28 milyon insan piylənmədən əziyyət çəkir.(mede)

Əməliyyata qərar vermənin düşündürücü dövründən sonraağlımızda bir çox suallar yaranır. İlk öncə ağlımıza gələn suallardan biri “Mədə kiçiltmə əməliyyatının qiyməti nə qədərdir?” sualı olur.(mede kiciltme)

İnkişaf etmiş ölkələrdə əməliyyatın xərci həmin ölkə vətəndaşlarının maddi vəziyyətinə və həyat şərtinə uyğun olur. Müqayisə üçün Rusiyada bu əməliyyatın qiyməti 8-12 min manat, Türkiyədə 10-18 min manatdır, Avropa və Amerikada isə çox yüksəkdir. Azərbaycanda əməliyyatın məbləği aşağıdır. Odur ki, bu sahədə digər ölkələrin qabaqcıl klinikaları ilə rəqabət aparanpeşəkar cərrahi komandamız tərəfindən öz ölkəmizdə daha uyğun şərtlərdə əməliyyat oluna bilərsiniz. Əməliyyatın konkret məbləğinə gəldikdə isə bu əməliyyat zamanı müdaxilədən asılı olaraq dəyişir.

(mede kiciltme)

Diafraqmal yırtıq

Diafraqmal yırtıq

Diafraqmal yırtıq dedikdə qida borusunun abdominal hissəsinin, mədənin qismən və ya tam olaraq qida borusu dəliyindən döş boşluğuna doğru yerdəyişməsi başa düşülür. Xəstəlik xroniki, residivləşən xəstəlikdir.

Xəstəliyin əsas səbəbləri birləşdirici toxumanın zəiflyi, müəyyən səbəblərdən qarın boşluğunda təzyiqin artması, qida borusunun bir sıra xəstəlikləri və diskineziyası və.s səbəblərdən asılıdır.(mede kiciltme)

Xəstələr əsasən döş sümüyü arxasında olan ağrı (yeməkdən sonra), qıcqırma, gəyirmə, yanma, yeməyin geriyə qayıtması və s. şikayətlərlə müraciət edirlər. Xəstəlik özünü yeməkdən,xüsusilə də çox yemək qəbulundan,fiziki gərginlikdən sonra qida borusu boyunca əmələ gələn ağrılarla biruzə verir.Ağrılar bəzən kürəyə və ətraflara doğru yayılır. Bəzən bu ağrıları ürək və mədəaltı vəz xəstəliklərinin ağrıları ilə səhv salırlar.(mede kiciltme)

Diafraqmal yırtıq Fundoplikasiya əməliyyatı ilə aradan qaldırılır. Əməliyyat laporoskopik olaraq icra edilir. Xəstələr adətən 1 gün sonra evə yazılırlar.(mede kiciltme)

 

Mədəkiçiltmə əməliyyatı sonrası plastik əməliyyat

Mədəkiçiltmə əməliyyatı sonrası plastik əməliyyat

Mədəkiçiltmə əməliyyatından sonra estetik əməliyyat çəki itirmə dövrünü tamamlamış, arıqlama dövründə qidalanma və idman şərtlərini yerinə yetirməyi özünə həyat tərzi etmiş və ümumi sağlamlıq vəziyyəti bu əməliyyatlara uyğun olan pasientlərə məsləhət görülür. Əməliyyatlar ümumi anesteziya ilə yerinə yetirilir. Kəsilən hissənin həcmi pasientin sallanmış dəri miqdarına uyğun olaraq əməliyyat öncəsi cərrah və pasient arasında danışılır.
Plastik cərrahiyyə tələb edən pasientlərə edilə biləcək başlıca əməliyyat növləri aşağıdakılardır:
• Qarın, kürək və qasıq bölgələrinin gərilməsi,
• Sinə kiçiltmə,
• Qol gərilməsi ,
• Ayağın bud hissəsinin gərilməsi.
Bu əməliyyatlar ilə sağlam və ölçülü bir bədən formasına malik olmaq əsas məqsəd hesab olunur. Kəsiklər estetik tikişlər ilə edildiyi üçün tez sağalır və izlər qalmır.
Əgər xəstənin çəkisi artıb-azalırsa estetik əməliyyat məsləhət görülmür. Estetik əməliyyatdan əvvəl xəstənin ideal kilosunu sabitlənməsi vacibdir.
Obezitə cərrahiyyəsi sonrası əsas məqsəd xəstənin tam sağalması və normal çəkisinə qovuşmasıdır. Əgər qarşıya qoyulan məqsədlərə nail olundusa, estetik əməliyyat barəsində düşünə bilərsiniz.

Azərbaycan Bariatrik Cərrahlar Cəmiyyəti

Azərbaycan Bariatrik Cərrahlar Cəmiyyəti 

Azərbaycan Bariatrik Cərrahlar Cəmiyyəti 2013-cü ildə tibb elmləri namizədi Anar Namazovun rəhbərliyi ilə bir qrup həkim-cərrah tərəfindən təsis edilmişdir. Birliyin fəaliyyətinin əsas məqsədi ölkəmizdə bariatrik cərrahiyyənin inkişaf etdirilməsi, bu sahədə yüksək nailiyyətlərin əldə edilməsi məqsədilə xüsusi proqram və lahiyələrin həyata keçirilməsində iştirak etməkdir. Bununla yanaşı bariatrik cərrahiyyənin artıq çəkidən əziyyət çəkən insanlar üçün gözəl və effektiv bir seçim olduğunu, artıq çəkili insanlara çarəsiz olmadıqlarını bildirmək, bu sahədə maarifləndirmə işini təşkil etmək Cəmiyyətin əsas fəaliyyət istiqamətlərindən biri olmuşdur.

Mədə kiçiltmə əməliyyatı sonrası təkrar kökəlmə mümkündürmü?

Mədə kiçiltmə əməliyyatı sonrası təkrar kökəlmə mümkündürmü?

Mədə kiçiltmə əməliyyatı xəstələrin sürətli və bir çox hallarda qalıcı olaraq artıq çəkilərindən xilas olmağına kömək edir. Buna əlavə olaraq 2-ci tip şəkərli diabet kimi çəki ilə əlaqəli olan xəstəliklərin sürətli şəkildə sağaldığı müşahidə olunur. Qısaca, uğurlu bir sleeve gastrektomiya (mədə kiçiltmə) əməliyyatından sonrakı dövr çox gözəl  və sağlam nəticələr ilə tamamlanır.

Çəkinin geri qazanılması       

Ancaq əməliyyatdan sonrakı  dövrdə xəstələr qidalanmalarına diqqət etməzlərsə, idman və aktiv həyat tərzindən uzaq duraraq sadəcə əməliyyat olmuşam necə olsa ariqlayacam düşüncəsində olarlarsa, o zaman çəkinin azalma prosesi getdikcə zəifləyə bilər. Bu isə sonrakı dövrlərdə sağlam həyat tərzi  ilə bağlı pasientlərin qazandıqlarını itirməsi və təkrar çəki artımına səbəb ola bilər.

Nə etməli?

Sleeve gastrektomiya (mədə kiçiltmə ) sonrası itirdiyiniz kiloları geri qazanmağa başlasanız, ilk olaraq cərrahi komandanız ilə əlaqə saxlayın. Çəkinin geri qazanılması ilə bağlı qidalanma rasionunuzdan və qidalanma planınızdan başlayaraq müxtəlif faktorlara diqqət yetirin. Uzun müddət pəhrizinizə diqqət etməyiniz çox önəmlidir. Ümumi olaraq ilk iş porsiya ölçülərinizi kiçiltmək  və qidalarınızın kalori tərkibinə diqqət yetirmək, idman etməkdir. Bəzi hallarda yenidən mədə kiçiltmə əməliyyatı məsləhət görülə bilər. Ən doğru çıxış yolu tapmaq üçün mütləq cərrahi komandanızla daimi olaraq əlaqə qurmanız vacibdir.

Bariatrik cərrahı necə seçməli?

Bariatrik cərrahı necə seçməli?

Cərrah seçimi əməliyyatın müvəffəqiyyəti baxımından böyük əhəmiyyət kəsb edir. Pasient özünü ən rahat hiss etdiyi cərrahı seçməlidir. Ilk olaraq yaxşı olar ki, mədəkiçiltmə əməliyyatı edəcək cərrah, bariatrik cərrah olsun . Ən əsası isə bariatrik cərrah seçərkən diqqət edin ki, ən az 100 uğurlu mədə kiçiltmə əməliyyatına imza atmış olsun. Ən yaxşı bariatrik cərrah uğurlu əməliyyatlarından və əməliyyat nəticələrindən tanınır. Cərrahın uğurunun göstəriciləri onun pasientləridir. Əgər bariatrik əməliyyata qərar vermisinizsə, eyni zamanda həm cərrahın, həm də xəstəxanın düzgün seçiminə diqqət etməlisiniz.

Cərrahın uğurlu əməliyyat nəticələrinin sayını necə bilmək olar ?Bunu bilməyin ən obyektiv yolu- cərrahınızdan pasientlərin mədə kiçiltmə əməliyyatından əvvəl və sonrakı şəkillərini göstərməyini xahiş edin. 2-ci əsas yolu isə cərrahınızı tanıyan kolleqalarından, pasientlərindən onun əməliyyatları barədə soruşmaq, sosial şəbəkələrdə real paylaşımlarını izləmək və izəyicilərin rəyləri ilə tanış olmaqdır.

Əgər izlədiyiniz və uğurlu nəticələri ilə tanış olduğunuz bariatrik cərrah başqa şəhərdə çalışırsa sağlamlığınız üçün onunla əlaqə saxlamağa dəyər. Xüsusilə də laparaskopik  və robotik cərrahiyyə kimi texnologiyanın yüksəs səviyyəli istifadə olunduğu  əməliyyatlarda işinin peşəkarı olan cərrahı seçmək daha vacibdir.

Mədə kiçiltmə əməliyyatı edəcək cərrahı seçərkən diqqət etməli olduğunuz məqamlar bunlardır:

  • Bariatrik cərrah sizdə özünə inam formaşlaşdırmalı;
  • Suallarınızı açıq və konkret formada cavablandırmalı;
  • Sizi mənəvi cəhətdən əməliyyata tam hazırlamalı;
  • Cəld və düzgün qərar vermə qabiliyyətinə malik olmalı;
  • Əməliyyatın gedişatı, əməliyyatdan sonrakı dövr, orqanizminizdə olacaq dəyişikliklərlə bağlı sizə məlumat verməli.

Təcrübəli cərrah sizin çoxsaylı suallarınızı səbrlə cavablandıracaq. Çünki, sizin əməliyyat ilə bağlı çoxlu  suallar verməyiniz normaldır. Verilən suallar və onlara verilən cavablar cərrah seçiminə kömək edir. Sizə cərrah seçiminə qərar vermək üçün kömək edəcək suallar bunlardır :

1)Sizin klinikanız bu sahə üzrə ixtisaslaşmış mərkəzdirmi?

2)İldə neçə bariatrik əməliyyat edirsiniz? Bu nəticə digər cərrahlarla

müqayisədə nə qədər çoxdur və ya azdır?

3)Əməliyyatlarınızda ağırlaşmaların və ölümlərin sayı nəyə bərabərdir?

4)Əməliyyat zamanı ən çox hansı çətinliklərlə rastlaşırsınız?

5)Əgər əməliyyatı sığorta qarşılamırsa, ödəniş üsulları nələrdir və ödəniş

qiyməti nə qədərdir?

6)Pasientlər xəstəxanada nə qədər müddət saxlanılır?

7)Əməliyyat sonrası izlər hansı müddətə keçir?

Bariatrik pasientlər əməliyyatdan əvvəl olduğu kimi sonra da bütün suallarını cərraha yönləndirə bilər.

Yuxu apnoesi

Yuxu apnoesi

Yuxu apnoesi

Yuxu sağlam həyat tərzi üçün bədənin ümumi olaraq istirahət etdiyi dövrdür. Bu dövrdə yuxu apnoesi yaşayan şəxslərin aqressiv və əsəbi bir ruh halına bürünməsinin səbəbi yuxu rejiminin  pozulmasıdır.

Yuxu apnoesi günümüzdə tez-tez rastlaşılan xəstəliklərdən biridir. Son  məlumatlara əsasən ölkəmizdə  sıxlığı 4-6 %-dir. Apnoe, ən az 10 saniyə müddətinə nəfəsin dayanmasının yuxu zamanı meydana gəlməsidir.

Ən əsas risk faktorlarından biri də artıq çəkidir. Ümumiyyətlə; qısaboylu, boynu qısa, artıq çəki kimi xüsusiyyətlərə malik insanlar yuxu apnoesindən əziyyət çəkirlər. Lakin normal çəkili insanlarda da görülmə ehtimalı vardır. İnsanın yuxu vəziyyətində nəfəsinin 10 saniyə dayanması, ürəyin döyüntülərini sürətləndirərək onu oyanmağa məcbur edir.

Xəstədə yuxu keyfiyyəti pozulduğuna görə, nə qədər yatsa da səhər oyandıqda yorğunluq hissi olur və gün ərzində yuxu ehtiyacı onu narahat edər. Yuxusuzluğun insanda yaratdığı daimi yorğunluq hissi, onun iş həyatına və sosial həyatına şübhəsiz ki təsir edir. Yetkin insanların 30-40 faizi  yatarkən xoruldayır. Lakin, hər xoruldayan insana da yuxu apnoesi diaqnozu qoymaq yanlışdır. Yuxu apnoesində xorultu olduqca fərqli bir haldır. Yuxu apnoesi yaşayan şəxslərdə xorultu olduqca yüksək səsli olur. Apnoe zamanı qandakı oksigenin miqdarı azalır. Qandakı oksigenin azalması və prosesin daha tez-tez təkrarlanması ilk öncə beyin olmaqla bütün orqanların tez qocalmasına təkan verir.

Laparoskopik cərrahiyyə

 

Laparoskopik cərrahiyyə

Laparoskopik cərrahiyyə qarın və döş boşluğu ilə əlaqəli əməliyyatlarda, öyrəşilmiş geniş kəsiklər etmədən, bir neçə ayrı nöqtədən bədənə yerləşdirilən incə metal borular və bir kamera köməyi ilə həyata keçirilən əməliyyatlardır. Əməliyyat kəsikləri çox kiçik olduğundan dəliklərin sağalma müddəti tezləşir və izlər “yox” dərəcəsinə qədər azalır. Klassik cərrahi tətbiqlərdə olan ağırlaşmalar daha az səviyyəyə düşür və xəstələr öyrəşmiş olduqları gündəlik həyat şəraitlərinə tez bir zamanda geri dönə bilirlər. Laparoskopik cərrahiyyə tətbiqləri son 30 ildə getdikcə artır. Laparoskopik cərrahiyyənin ön plana çıxan üstünlükləri bunlardır:
 Qısa müddət çəkən əməliyyat prosesi;
 Xəstənin xəstəxanada az müddət qalması;
 Əməliyyat sonrası ağrıların daha az olması;
 Açıq cərrahiyyədən fərqli olaraq yaraların daha tez sağalması;
 Kosmetik nəticələrin yaxşı səviyyədə olması.

Əməliyyat qorxusundan xilas olun.

Əməliyyat qorxusundan xilas olun.

Əməliyyat qorxusundan xilas olun.

Qorxu ən güclü, vacib və bizim həyatda qalmağımıza kömək edən hislərdən biri olduğu kimi, həm də rahat yaşayış şərtlərimizə əngəl ola bilər. Ən geniş yayılmış qorxular siyahısında əməliyyatdan qorxu – Tomofobiya yer alır. Fobiyalardan azad olmaq üçün ilk olaraq qorxularınız ilə üzləşməyi bacarmalısınız.

1. İlk öncə qorxunuza görə nələri itirə biləcəyinizi düşünün və daha yaxşı olar ki, bir kağıza bunları yazın.
2. Əgər qorxu və ya həyəcanınızın baş qaldırdığı dövrdəsinizsə, yəni, sürətli ürək döyüntüləri, ovuç içi tərləmələri varsa, fikrinizi bu məqamdan yayındırın. Çay için, 15dəqiqə açıq havada gəzin, musiqi dinləyin.
3. Fobiyalardan qaçmaq onları daha da qorxuducu hala gətirir. Çalışın qorxuya məruz qalın.Qaranlıqdan qorxursunuzsa, 5 dəqiqə qaranlıq otaqda qalın və daha sonra bu müddəti artırın.
4. Qorxularınızın az da olsa keçməsini hiss etdikdə özünüzə hədiyyələndirin. Kinoya gedin, özünüzə bir kitab alın və s.
5. Ən əsas qorxularınızı danışın, əgər dostlarıınız və ailə üzvləriniz ilə danışa bilmirsinizsə, pisixoloq ilə danışın, əgər qorxularınız gün keçdikcə artırsa psixoloji dəstək alın.

Back To Top
×Close search
Search