Anar-Namazov-Bariatrik-LOGO

Azərbaycan Bariatrik Cərrahlar Cəmiyyəti

Azərbaycan Bariatrik Cərrahlar Cəmiyyəti 

Azərbaycan Bariatrik Cərrahlar Cəmiyyəti 2013-cü ildə tibb elmləri namizədi Anar Namazovun rəhbərliyi ilə bir qrup həkim-cərrah tərəfindən təsis edilmişdir. Birliyin fəaliyyətinin əsas məqsədi ölkəmizdə bariatrik cərrahiyyənin inkişaf etdirilməsi, bu sahədə yüksək nailiyyətlərin əldə edilməsi məqsədilə xüsusi proqram və lahiyələrin həyata keçirilməsində iştirak etməkdir. Bununla yanaşı bariatrik cərrahiyyənin artıq çəkidən əziyyət çəkən insanlar üçün gözəl və effektiv bir seçim olduğunu, artıq çəkili insanlara çarəsiz olmadıqlarını bildirmək, bu sahədə maarifləndirmə işini təşkil etmək Cəmiyyətin əsas fəaliyyət istiqamətlərindən biri olmuşdur.

Mədə kiçiltmə əməliyyatı sonrası təkrar kökəlmə mümkündürmü?

Mədə kiçiltmə əməliyyatı sonrası təkrar kökəlmə mümkündürmü?

Mədə kiçiltmə əməliyyatı xəstələrin sürətli və bir çox hallarda qalıcı olaraq artıq çəkilərindən xilas olmağına kömək edir. Buna əlavə olaraq 2-ci tip şəkərli diabet kimi çəki ilə əlaqəli olan xəstəliklərin sürətli şəkildə sağaldığı müşahidə olunur. Qısaca, uğurlu bir sleeve gastrektomiya (mədə kiçiltmə) əməliyyatından sonrakı dövr çox gözəl  və sağlam nəticələr ilə tamamlanır.

Çəkinin geri qazanılması       

Ancaq əməliyyatdan sonrakı  dövrdə xəstələr qidalanmalarına diqqət etməzlərsə, idman və aktiv həyat tərzindən uzaq duraraq sadəcə əməliyyat olmuşam necə olsa ariqlayacam düşüncəsində olarlarsa, o zaman çəkinin azalma prosesi getdikcə zəifləyə bilər. Bu isə sonrakı dövrlərdə sağlam həyat tərzi  ilə bağlı pasientlərin qazandıqlarını itirməsi və təkrar çəki artımına səbəb ola bilər.

Nə etməli?

Sleeve gastrektomiya (mədə kiçiltmə ) sonrası itirdiyiniz kiloları geri qazanmağa başlasanız, ilk olaraq cərrahi komandanız ilə əlaqə saxlayın. Çəkinin geri qazanılması ilə bağlı qidalanma rasionunuzdan və qidalanma planınızdan başlayaraq müxtəlif faktorlara diqqət yetirin. Uzun müddət pəhrizinizə diqqət etməyiniz çox önəmlidir. Ümumi olaraq ilk iş porsiya ölçülərinizi kiçiltmək  və qidalarınızın kalori tərkibinə diqqət yetirmək, idman etməkdir. Bəzi hallarda yenidən mədə kiçiltmə əməliyyatı məsləhət görülə bilər. Ən doğru çıxış yolu tapmaq üçün mütləq cərrahi komandanızla daimi olaraq əlaqə qurmanız vacibdir.

Bariatrik cərrahı necə seçməli?

Bariatrik cərrahı necə seçməli?

Cərrah seçimi əməliyyatın müvəffəqiyyəti baxımından böyük əhəmiyyət kəsb edir. Pasient özünü ən rahat hiss etdiyi cərrahı seçməlidir. Ilk olaraq yaxşı olar ki, mədəkiçiltmə əməliyyatı edəcək cərrah, bariatrik cərrah olsun . Ən əsası isə bariatrik cərrah seçərkən diqqət edin ki, ən az 100 uğurlu mədə kiçiltmə əməliyyatına imza atmış olsun. Ən yaxşı bariatrik cərrah uğurlu əməliyyatlarından və əməliyyat nəticələrindən tanınır. Cərrahın uğurunun göstəriciləri onun pasientləridir. Əgər bariatrik əməliyyata qərar vermisinizsə, eyni zamanda həm cərrahın, həm də xəstəxanın düzgün seçiminə diqqət etməlisiniz.

Cərrahın uğurlu əməliyyat nəticələrinin sayını necə bilmək olar ?Bunu bilməyin ən obyektiv yolu- cərrahınızdan pasientlərin mədə kiçiltmə əməliyyatından əvvəl və sonrakı şəkillərini göstərməyini xahiş edin. 2-ci əsas yolu isə cərrahınızı tanıyan kolleqalarından, pasientlərindən onun əməliyyatları barədə soruşmaq, sosial şəbəkələrdə real paylaşımlarını izləmək və izəyicilərin rəyləri ilə tanış olmaqdır.

Əgər izlədiyiniz və uğurlu nəticələri ilə tanış olduğunuz bariatrik cərrah başqa şəhərdə çalışırsa sağlamlığınız üçün onunla əlaqə saxlamağa dəyər. Xüsusilə də laparaskopik  və robotik cərrahiyyə kimi texnologiyanın yüksəs səviyyəli istifadə olunduğu  əməliyyatlarda işinin peşəkarı olan cərrahı seçmək daha vacibdir.

Mədə kiçiltmə əməliyyatı edəcək cərrahı seçərkən diqqət etməli olduğunuz məqamlar bunlardır:

  • Bariatrik cərrah sizdə özünə inam formaşlaşdırmalı;
  • Suallarınızı açıq və konkret formada cavablandırmalı;
  • Sizi mənəvi cəhətdən əməliyyata tam hazırlamalı;
  • Cəld və düzgün qərar vermə qabiliyyətinə malik olmalı;
  • Əməliyyatın gedişatı, əməliyyatdan sonrakı dövr, orqanizminizdə olacaq dəyişikliklərlə bağlı sizə məlumat verməli.

Təcrübəli cərrah sizin çoxsaylı suallarınızı səbrlə cavablandıracaq. Çünki, sizin əməliyyat ilə bağlı çoxlu  suallar verməyiniz normaldır. Verilən suallar və onlara verilən cavablar cərrah seçiminə kömək edir. Sizə cərrah seçiminə qərar vermək üçün kömək edəcək suallar bunlardır :

1)Sizin klinikanız bu sahə üzrə ixtisaslaşmış mərkəzdirmi?

2)İldə neçə bariatrik əməliyyat edirsiniz? Bu nəticə digər cərrahlarla

müqayisədə nə qədər çoxdur və ya azdır?

3)Əməliyyatlarınızda ağırlaşmaların və ölümlərin sayı nəyə bərabərdir?

4)Əməliyyat zamanı ən çox hansı çətinliklərlə rastlaşırsınız?

5)Əgər əməliyyatı sığorta qarşılamırsa, ödəniş üsulları nələrdir və ödəniş

qiyməti nə qədərdir?

6)Pasientlər xəstəxanada nə qədər müddət saxlanılır?

7)Əməliyyat sonrası izlər hansı müddətə keçir?

Bariatrik pasientlər əməliyyatdan əvvəl olduğu kimi sonra da bütün suallarını cərraha yönləndirə bilər.

Yuxu apnoesi

Yuxu apnoesi

Yuxu apnoesi

Yuxu sağlam həyat tərzi üçün bədənin ümumi olaraq istirahət etdiyi dövrdür. Bu dövrdə yuxu apnoesi yaşayan şəxslərin aqressiv və əsəbi bir ruh halına bürünməsinin səbəbi yuxu rejiminin  pozulmasıdır.

Yuxu apnoesi günümüzdə tez-tez rastlaşılan xəstəliklərdən biridir. Son  məlumatlara əsasən ölkəmizdə  sıxlığı 4-6 %-dir. Apnoe, ən az 10 saniyə müddətinə nəfəsin dayanmasının yuxu zamanı meydana gəlməsidir.

Ən əsas risk faktorlarından biri də artıq çəkidir. Ümumiyyətlə; qısaboylu, boynu qısa, artıq çəki kimi xüsusiyyətlərə malik insanlar yuxu apnoesindən əziyyət çəkirlər. Lakin normal çəkili insanlarda da görülmə ehtimalı vardır. İnsanın yuxu vəziyyətində nəfəsinin 10 saniyə dayanması, ürəyin döyüntülərini sürətləndirərək onu oyanmağa məcbur edir.

Xəstədə yuxu keyfiyyəti pozulduğuna görə, nə qədər yatsa da səhər oyandıqda yorğunluq hissi olur və gün ərzində yuxu ehtiyacı onu narahat edər. Yuxusuzluğun insanda yaratdığı daimi yorğunluq hissi, onun iş həyatına və sosial həyatına şübhəsiz ki təsir edir. Yetkin insanların 30-40 faizi  yatarkən xoruldayır. Lakin, hər xoruldayan insana da yuxu apnoesi diaqnozu qoymaq yanlışdır. Yuxu apnoesində xorultu olduqca fərqli bir haldır. Yuxu apnoesi yaşayan şəxslərdə xorultu olduqca yüksək səsli olur. Apnoe zamanı qandakı oksigenin miqdarı azalır. Qandakı oksigenin azalması və prosesin daha tez-tez təkrarlanması ilk öncə beyin olmaqla bütün orqanların tez qocalmasına təkan verir.

Laparoskopik cərrahiyyə

 

Laparoskopik cərrahiyyə

Laparoskopik cərrahiyyə qarın və döş boşluğu ilə əlaqəli əməliyyatlarda, öyrəşilmiş geniş kəsiklər etmədən, bir neçə ayrı nöqtədən bədənə yerləşdirilən incə metal borular və bir kamera köməyi ilə həyata keçirilən əməliyyatlardır. Əməliyyat kəsikləri çox kiçik olduğundan dəliklərin sağalma müddəti tezləşir və izlər “yox” dərəcəsinə qədər azalır. Klassik cərrahi tətbiqlərdə olan ağırlaşmalar daha az səviyyəyə düşür və xəstələr öyrəşmiş olduqları gündəlik həyat şəraitlərinə tez bir zamanda geri dönə bilirlər. Laparoskopik cərrahiyyə tətbiqləri son 30 ildə getdikcə artır. Laparoskopik cərrahiyyənin ön plana çıxan üstünlükləri bunlardır:
 Qısa müddət çəkən əməliyyat prosesi;
 Xəstənin xəstəxanada az müddət qalması;
 Əməliyyat sonrası ağrıların daha az olması;
 Açıq cərrahiyyədən fərqli olaraq yaraların daha tez sağalması;
 Kosmetik nəticələrin yaxşı səviyyədə olması.

Əməliyyat qorxusundan xilas olun.

Əməliyyat qorxusundan xilas olun.

Əməliyyat qorxusundan xilas olun.

Qorxu ən güclü, vacib və bizim həyatda qalmağımıza kömək edən hislərdən biri olduğu kimi, həm də rahat yaşayış şərtlərimizə əngəl ola bilər. Ən geniş yayılmış qorxular siyahısında əməliyyatdan qorxu – Tomofobiya yer alır. Fobiyalardan azad olmaq üçün ilk olaraq qorxularınız ilə üzləşməyi bacarmalısınız.

1. İlk öncə qorxunuza görə nələri itirə biləcəyinizi düşünün və daha yaxşı olar ki, bir kağıza bunları yazın.
2. Əgər qorxu və ya həyəcanınızın baş qaldırdığı dövrdəsinizsə, yəni, sürətli ürək döyüntüləri, ovuç içi tərləmələri varsa, fikrinizi bu məqamdan yayındırın. Çay için, 15dəqiqə açıq havada gəzin, musiqi dinləyin.
3. Fobiyalardan qaçmaq onları daha da qorxuducu hala gətirir. Çalışın qorxuya məruz qalın.Qaranlıqdan qorxursunuzsa, 5 dəqiqə qaranlıq otaqda qalın və daha sonra bu müddəti artırın.
4. Qorxularınızın az da olsa keçməsini hiss etdikdə özünüzə hədiyyələndirin. Kinoya gedin, özünüzə bir kitab alın və s.
5. Ən əsas qorxularınızı danışın, əgər dostlarıınız və ailə üzvləriniz ilə danışa bilmirsinizsə, pisixoloq ilə danışın, əgər qorxularınız gün keçdikcə artırsa psixoloji dəstək alın.

Mədə kiçiltmə əməliyyatının qiyməti nə qədərdir?

Mədə kiçiltmə əməliyyatın qiyməti nə qədərdir?

 

Mədə kiçiltmə əməliyyatının qiyməti nə qədərdir?

Biz bilməliyik ki, çəki normanı keçdikcə, kökəlmə prosesi daha da sürətlənir. Çünki mədə genişlənir və doyma hissi gec yaranır. Artıq çəkinin miqdarından aslı olaraq pəhriz, idman və aktiv həyat tərzi ilə bu çəkilərdən azad olmaq olar. Əgər qeyd olunanların yardımı ilə (pəhriz, idman və s.) çəkilərinizdən azad ola bilmirsinizsə, bu zaman 21-ci əsrin geniş yayılmış cərrahiyyə üsulu olan bariatrik (mədə kiçiltmə və b.) əməliyyatı köməyinizə gəlir. Artıq çəki bu günümüzdə “obez (obezite) xəstəliyi” adı ilə məhşurlaşıb. Hal hazırda dünyada “obez xəstəliyi” təəssüf ki, geniş yayılmışdır. İlk sıralarda yer alan ölkələr ABŞ, Çin, Hindistan, Rusiya, Almaniyadır. ABŞda-78 milyon, Çində-46 milyon, Hin-distanda- 30 milyon, Rusiyada- 28 milyon insan piylənmədən əziyyət çəkir.

Əməliyyata qərar vermənin düşündürücü dövründən sonra ağlımızda bir çox suallar yaranır. İlk öncə ağlımıza gələn suallardan biri “Mədə kiçiltmə əməliyyatının qiyməti nə qədərdir?” sualı olur.

İnkişaf etmiş ölkələrdə əməliyyatın xərci həmin ölkə vətəndaşlarının maddi vəziyyətinə və həyat şərtinə uyğun olur. Müqayisə üçün Rusiyada bu əməliyyatın qiyməti 8-12 min manat, Türkiyədə 10-18 min manatdır, Avropa və Amerikada isə çox yüksəkdir. Azərbaycanda əməliyyatın məbləği aşağıdır. Odur ki, bu sahədə digər ölkələrin qabaqcıl klinikaları ilə rəqabət aparan peşəkar cərrahi komandamız tərəfindən öz ölkəmizdə daha uyğun şərtlərdə əməliyyat oluna bilərsiniz. Əməliyyatın konkret məbləğinə gəldikdə isə bu əməliyyat zamanı müdaxilədən asılı olaraq dəyişir.

MƏDƏ KİÇİLTMƏ ƏMƏLİYYATI NƏDİR VƏ NECƏ İCRA EDİLİR

MƏDƏKİÇİLTMƏ ƏMƏLİYYATI NƏDİR VƏ NECƏ İCRA EDİLİR

MƏDƏNİN BORUVARİ REZEKSİYASI  (SLEEVE GASTRECTOMY)

Mədənin cərrahi yolla kiçildilməsidir. Mədə həcmi azaldılaraq pasientin daha az qida ilə doyması nəzərdə tutulur. Həmçinin mədənin fundus adlandırdığımız dib hissəsi əməliyyat nəticəsində çıxarıldığı üçün fundusda ifraz olunan iştah hormonunun (grelin hormonu) səviyyəsi kəskin azalır, bu isə iştahanın azalmasına və tez doyma hissinin yaranmasına səbəb olur.

Kiçilәn mәdәnin, tәbii ki nәticәsi olaraq insanlar әmәliyyat sonrasında kilo itirir vә özlәrinә yeni hәyat tәrzı yaradırıar. Bu dәyişiklik insanların hәm bәdәnsәl hәm dә psixoloji olaraq yaxşı yaşamasına sәbәb olur. Baş ağrısı, yuxu problemlәri, tәzyiq, II tip şəkərli diabet kimi daha öncәdәn yaşanan rahatsızlıq və xəstəliklərin şiddәti azalır vә ya tamamilә aradan qalxır.

Əməliyyat necə icra edilir?

Digər bariatrik əməliyyatlarda olduğu kimi sliv gastrektomiya da laparoskopik dediyimiz qapalı üsulla icra edilir. Əməliyyat təxminən 0,5 santimlik 5,bəzən 6 ədəd kiçik dəliklərdən icra edilir (mədə çıxarılan dəlik təxminən 2 sm-dir). Sliv gastrektomiya əməliyyatında birdəfəlik istifadə olunan xüsusi alətlərlə (stepler) mədə kəsilib tikilir və daha sonra xüsusi sapla kəsik boyu yenidən tikilir. Kəsildikdən sonra mədənin təxminən 75- 80% lik hissəsi çıxarılır. Əməliyyat nəticəsində qalan mədə  banan şəklində bir borunu xatırlatdığı üçün əməliyyat boruvari rezeksiya adlanır.

Əməliyyat sonrası ağrının az olması, tikişlərin kiçik, kosmetik və görünməz olması, həmçinin çox tez normal həyata qayıdış, ən əsası isə artıq çəkinin uğurlu şəkildə itirilməsi əməliyyatı fərqləndirən xüsusiyyətlərdir.

Mədə kiçiltmə əməliyyatı sonrası ürək bulanma

Mədə kiçiltmə əməliyyatı sonrası ürək bulanma

Bariatrik əməliyyat sonrası yaşanılan çətinliklərdən biri də mədə bulantısıdır. Mədə kiçiltmə əməliyyatından sonra ürək bulantılarının bir neçə səbəbləri vardır. Bunlardan ən vacibi həcmi kiçik olan mədəni ala biləcəyindən daha çox qida ilə yükləməkdir. Bu səbəblə doyma hiss etdiyiniz an, yemə-içmə sonlandırılmalıdır.

Bariatrik əməliyyat sonrası mədə bulantısına səbəb ola bilən digər faktor qidaları  yaxşı çeynəmədən udmaqdır. Mədə kiçiltmə əməliyyatı olan və ya olacaq insanlarda həddindən çox yemə və çox çeynəmədən udmaq kimi davranışlar tez-tez rast gəlinən hallardır. Mədə kiçiltmə əməliyyatı sonrası yaxşılaşma müddətinə uyğun olaraq planlaşdırılmış PƏHRİZ PLANI sizlərə dietoloqunuz və ya həkiminiz tərəfindən izah edilməlidir.

Planlaşdırılan bəslənməyə görə yeyilən qidadan həzmsizlik hissi yaşansa mədə bulanması şikayətləri ola bilər. Mədə bulanması yaşandığı vəziyyətlərdə ilk 2 saat qida alışı kəsilməlidir. Rahatlıq hiss etmədiyiniz təqdirdə həmin günü yalnız mayelər ilə qidalanmaq lazımdır (su, şəkərsiz kompot və ya qatqısız alma suyu kimi).

Bariatrik əməliyyat sonrası mədə bulanması özü halsızlıq, yorğunluq, maye itkisi, yuxu halı və qıcqırmaya səbəb ola bilər. Belə bir vəziyyətdə dietoloqunuz və cərrahınız ilə əlaqə yaratmaq ən doğrusu olacaq. Cərrahi komandanın bu mövzuda sizi yaxından təqibi olduqca önəmlidir!

Bariatrik cərrahiyyənin tarixi

Bariatrik cərrahiyyənin tarixi

Bariatriya – cərrahiyyənin piylənmənin müalicəsi ilə məşqul olan sahəsidir. Yunanca baros – kilo, artıq çəki , iatria- müalicə deməkdir.

Son 50-60 ildə piylənmənin cərrahi müalicəsi üçün mədə həcminin azaldılması, yaxud qəbul edilən qidaların sorulmasını zəiflətmək, bəzən bunların tək, bəzəndə birlikdə tətbiqi ilə onlarla əməliyyat növü istifadə edilmişdir. Bariatrik sözü ilk dəfə 1965-ci ildə, piylənmənin səbəb və müalicəsi ilə məşqul olan elm sahəsini təqdim etmək üçün istifadə olunmuşdur. Bariatrik cərrahiyyə 1990-cı illərdən laparoskopiyanın  tətbiqi ilə daha geniş vüsət almışdır.

İlk dəfə 1983-cü ildə Amerikada Amerika Bariatrik Cərrahiyyə Dərnəyi (American Society of Bariatric Surgery – ASBS) qurulmuşdur.

1967-ci ildə Mason Gastrik Bypass əməliyyatını tətbiq etdi. Bu əməliyyat xüsusən Amerika başda olmaq üzərə uzun müddət dünyada ən çox tətbiq olunan əməliyyat növüdür (bariatriyada).

İtalyalı cərrah Nicolas Scopinaro 1976 –ci ildə daha geniş mədə həcmi ama incə bağırsaqda sorulmanın dahada zəifləmisini özündə ehtiva edən Biliopankreatik Şuntlama (BPD) əməliyyatını icra etdi.

Kuzmak 1990-cı ildə ilk dəfə mədə bandını tətbiq etdi.

2001-ci ildə amerikalı cərrah Gagner sleeve gastrektomi-mədənin boruvarı rezeksiyası ilə icra edilən mədə kiçiltmə əmliyyatını tətbiq edərək bu sahədə çox böyük inkişafa səbəb oldu.

Bariatrik cərrahiyyə artıq cərrahiyyənin ayrılmaz və önəmli bir sahəsi olmaqla günü-gündən inkişaf edir.

Search