Anar-Namazov-Bariatrik-LOGO

Bariatrik cərrahı necə seçməli?

  • Bloq

Bariatrik cərrahı necə seçməli?

Cərrah seçimi əməliyyatın müvəffəqiyyəti baxımından böyük əhəmiyyət kəsb edir. Pasient özünü ən rahat hiss etdiyi cərrahı seçməlidir. Ilk olaraq yaxşı olar ki, mədəkiçiltmə əməliyyatı edəcək cərrah, bariatrik cərrah olsun . Ən əsası isə bariatrik cərrah seçərkən diqqət edin ki, ən az 100 uğurlu mədə kiçiltmə əməliyyatına imza atmış olsun. Ən yaxşı bariatrik cərrah uğurlu əməliyyatlarından və əməliyyat nəticələrindən tanınır. Cərrahın uğurunun göstəriciləri onun pasientləridir. Əgər bariatrik əməliyyata qərar vermisinizsə, eyni zamanda həm cərrahın, həm də xəstəxanın düzgün seçiminə diqqət etməlisiniz.

Cərrahın uğurlu əməliyyat nəticələrinin sayını necə bilmək olar ?Bunu bilməyin ən obyektiv yolu- cərrahınızdan pasientlərin mədə kiçiltmə əməliyyatından əvvəl və sonrakı şəkillərini göstərməyini xahiş edin. 2-ci əsas yolu isə cərrahınızı tanıyan kolleqalarından, pasientlərindən onun əməliyyatları barədə soruşmaq, sosial şəbəkələrdə real paylaşımlarını izləmək və izəyicilərin rəyləri ilə tanış olmaqdır.

Əgər izlədiyiniz və uğurlu nəticələri ilə tanış olduğunuz bariatrik cərrah başqa şəhərdə çalışırsa sağlamlığınız üçün onunla əlaqə saxlamağa dəyər. Xüsusilə də laparaskopik  və robotik cərrahiyyə kimi texnologiyanın yüksəs səviyyəli istifadə olunduğu  əməliyyatlarda işinin peşəkarı olan cərrahı seçmək daha vacibdir.

Mədə kiçiltmə əməliyyatı edəcək cərrahı seçərkən diqqət etməli olduğunuz məqamlar bunlardır:

  • Bariatrik cərrah sizdə özünə inam formaşlaşdırmalı;
  • Suallarınızı açıq və konkret formada cavablandırmalı;
  • Sizi mənəvi cəhətdən əməliyyata tam hazırlamalı;
  • Cəld və düzgün qərar vermə qabiliyyətinə malik olmalı;
  • Əməliyyatın gedişatı, əməliyyatdan sonrakı dövr, orqanizminizdə olacaq dəyişikliklərlə bağlı sizə məlumat verməli.

Təcrübəli cərrah sizin çoxsaylı suallarınızı səbrlə cavablandıracaq. Çünki, sizin əməliyyat ilə bağlı çoxlu  suallar verməyiniz normaldır. Verilən suallar və onlara verilən cavablar cərrah seçiminə kömək edir. Sizə cərrah seçiminə qərar vermək üçün kömək edəcək suallar bunlardır :

1)Sizin klinikanız bu sahə üzrə ixtisaslaşmış mərkəzdirmi?

2)İldə neçə bariatrik əməliyyat edirsiniz? Bu nəticə digər cərrahlarla

müqayisədə nə qədər çoxdur və ya azdır?

3)Əməliyyatlarınızda ağırlaşmaların və ölümlərin sayı nəyə bərabərdir?

4)Əməliyyat zamanı ən çox hansı çətinliklərlə rastlaşırsınız?

5)Əgər əməliyyatı sığorta qarşılamırsa, ödəniş üsulları nələrdir və ödəniş

qiyməti nə qədərdir?

6)Pasientlər xəstəxanada nə qədər müddət saxlanılır?

7)Əməliyyat sonrası izlər hansı müddətə keçir?

Bariatrik pasientlər əməliyyatdan əvvəl olduğu kimi sonra da bütün suallarını cərraha yönləndirə bilər.

Search