skip to Main Content
Anar-Namazov-Bariatrik-LOGO

Dünyada piylənmədən əziyyət çəkən insanların sayı artmaqdadır

Dünyada piylənmədən əziyyət çəkən insanların sayı artmaqdadır

Reuters-in məlumatına görə dünyada 640 milyondan çox insan piylənmədən əziyyət çəkir. Bundan əlavə, artıq çəkili insanların sayı çəki azlığından əziyyət çəkən insanların sayından daha çoxdur.

The Lancet jurnalında nəşr olunmuş araşdırmanın nəticələrinə görə, son 40 ildə bədən kütlə indeksi (BKİ) 30 olan insanların sayı 105 milyondan 641 milyona çatmışdır (BKİ göstəricisi 25-dən yuxarıdırsa bu artıq çəkini göstərir, BKİ 30-dan yuxarıdırsa bu piylənmənin göstəricisi, 40-dan yuxarı olarsa bu artıq patoloji piylənmə sayılır). Hal hazırda dünyada hər 10 kişidən və hər 7 qadından biri piylənmədən əziyyət çəkir. Alimlərin fikrincə, problem o qədər ciddi və nəzərəçarpandır ki, yalnız dieta ilə, dərman maddələrinin köməyi ilə və ya küçələrdə yeni velosiped zolaqları yaratmaqla onu həll etmək mümkün deyil. Bu baxımdan çox gözəl nəticələr verən mədəkiçiltmə əməiyyatları xüsusi əhəmiyyət daşıyır.

Ən yüksək bədən kütlə indeksi (BKİ) Çin, ABŞ və Avropada müşahidə olunur. Ən aşağı BKİ (yüksək gəlirli ölkələr arasında)  – Yaponiyadadır.

Tədqiqatçıların sözlərinə görə, hər on ildə dünya əhalisinin ortalama çəkisi 1,5 kq artır. Əgər bu tendensiya davam edərsə , 2025-ci ilədək kişilərin təxminən 18%-i və qadınların isə 21%-i piylənmədən əziyyət çəkəcək.

Zəngin mətbəxə sahib olan ölkəmizdidə vəziyyət heçdə ürəkaçan deyil.Son məlumatlara görə Azərbaycanda qadınların 25 %-i, kişilərin isə 18%-i piylənmədən əziyyət çəkir.

Bütün bunları nəzərə alaraq alimlər, müasir tibbin ən ciddi yeniliklərindən olan mədəkiçiltmə (Sleeve Gastrectomy) əməliyyatlarının bu sahədə ciddi dönüş yaradacağını düşnürlər. Bu baxımdan son 3 ildə etdiyimiz yüzlərlə mədəkiçiltmə (Sleeve Gastrectomy) əməliyyatları və əldə etdiyimiz uğurlu və gözəl nəticələr cəmiyyətimizdə artıq çəkili insanlar arasında böyük maraq yaradıb. Əldə etdiyimiz nəticələr eyni zamanda həmin insanlarda yeni, dinamik,daha komfort heyata qovuşmaları üçün böyük ümidə səbəb olub.

İnsanların ümidlərini, bizə olan inamlarını doğrultmaq və hərgün edilən onlarla müraciətin məsuliyyətini hiss edərək, insanlarımıza kömək etmək üçün bundan sonrada gördüyümüz işdən zövq alaraq çalışmağa davam edəcəyik.

3 uğurlu Sleeve Gastrectomy-Mədə kiçiltmə əməliyyatı

12032959_1015041925204929_530256827399102521_n

Keçən həftə sonu MEDİCAL PLAZA xəstəxanasında 3 uğurlu Sleeve Gastrectomy-Mədə kiçiltmə əməliyyatı edərək burada bariatrik cərrahiyyə xidmətinin qurulmasına start verdik.Bu xidməti qurduğumuz sayca 3-cü xəstəxana oldu.

Bariatrik əməliyyatların nəticələri

ves

Bütün bariatrik əməliyyatlar nəticədə piylənmə adlandirdiğımız bu xəstəliyin özünü deyil meydana çıxan simptomları aradan qaldirir və heç şübhəsiz müvəqqəti xarakter daşıyır.Yəni bu əməliyyata qərar verən insanlar bilməlidir ki,15% hallarda yenidən çəki yiğa bilərlər.Onların qidaya münasibəti dəyişməsə,bu bir neçə il davam edən normal çəki dövründə həyat tərzini dəyişməsələr yenidən çəkiləri artacaqdir.Başqa sözlə əməliyyat etdikdən sonra normal çəkiyə qayidan xəstəyə təxminən 4- 5 il müddətinə kart-blanş verilir kı, təzə səhifədən necə yaşayacağını yazsın.Bir araşdirma (müəllif –Massaçusest universiteyindən prof.Kay Tay Ph.D. in Neuroscience, Assistant Professor, Principal Investigator, Whitehead Professorship Chair, Picower Institute for Learning and Memory, Department of Brain and Cognitive Sciences, MIT ) haqda məqalədə oxudum ki,bizim beynimizdən daha dəqiq lateral hipotalamusdan (insan beyninin acliğa,qidalanmağa,hemostaza nəzərət edən nahiyəsi) ötürülən siqnallar biz məsələn yemək üşün soyuducuya tərəf gedəndə aktivləşir və indi onlar bu siqnallari fokuslaşdırılmış ultra səs dalğaları və ya transkranial maqnit dalğaları vasitəsilə idarə etmək istəyillər. Çox maraqlıdir uğurlu olsa piylənmənin müalicəsində inqilab olar amma hələlik yol dieta ,idman,bariatrik cərrahiyədir.

Normal çəkiyə qayıtmaq ehtimalı

426_285_ea836018fd8f25d30f1c6e98801482.0

Artıq çəkidən əziyyət çəkən insanların konservativ yolla (yəni əməliyyat etmədən) ariqlama ehtimalını araşdiran elmi işin nəticələri dərc edilmişdir.Araşdırma Böyük Britaniyada elektron sağlamlıq kartları əsasında aparılmışdır.Araşdirmaya hər hansi bariatrik əməliyyat keçirmiş heç bir xəstə daxil edilməmişdir.Məlum olmuşdur ki,BKİ ( Çəki / boy m2 ) 30-35 olan kişilərin 240 nəfərdən yalniz 1- i qadınların 124 nəfərindən 1- i normal çəkiyə qayitma ehtimalı var.BKİ 40-45 olanlarda isə 1290 kişidən 1- i 677 qadından 1- i əməliyyatsız qsullarla arıqlaya bilər.Nəticə – bildiyimiz qsullarla bu insanlarin normal çəkiyə enməsi yox deyəcək qədər azdir.

3-cü dəstək kompaniya

920737_1051813924861062_9200040963858873150_o

Həddən artıq kök ola bilərsiniz amma çarəsiz deyilsiniz.
Bu gün artıq çəkidən əziyyət çəkən insanlara Medera hospitalda ABCC-nin dəstəyi ilə sayca 3- cü dəstək kompaniyamızı keçirdik.Tədbirdə bariatrik cərrah t.e.n. dr.Anar Namazov tərəfindən mədə kiçiltmə əməliyyatı olunmuş və olunacaq insanlar iştirak edirdi.Onları maraqlandıran suallar həkimlər qrupu tərəfindən cavablandirıldı.Sonda 16 nəfər mədə kiçiltmə əməliyyatına namizədlərdən biri püşk atma yolu ilə seçilərək (Sevinc xanım) təmənnasız (yalnız alətlərin xərcini ödəyərək) Sleeve gastrectomy olunması qərarı verildi.

Back To Top
×Close search
Search